MDB ölkələrin təhlükəsizlik orqanlarının rəhbərləri TOPLANDI
25 may 2024 11:56 (UTC +04:00)

MDB ölkələrin təhlükəsizlik orqanlarının rəhbərləri TOPLANDI

Mayın 24-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində MDB-yə üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 54-cü iclası keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev iştirak edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, beynəlxalq terrorçuluqla və dini ekstremizmlə mübarizə sahəsində məlumat mübadiləsinin aparılması və ölkələrin hüdudlarından kənarda döyüş hazırlığı keçməklə cinayətkar qruplaşmaların tərkibində silahlı münaqişələrdə iştirak edən şəxslərin müəyyən olunaraq fəaliyyətlərinin qarşısının alınması iclasın gündəliyində duran əsas məsələlərdən olub. Tədbirdə dünyanın geosiyasi müstəvisində müşayiət olunan gərginliklər, mürəkkəb və ziddiyyətli proseslər fonunda beynəlxalq təhlükəsizlik sisteminin yeni təhdidlərlə üz-üzə qaldığı, terror riskinin dəfələrlə artdığı və kibercinayətkarlıq hallarının daha intensiv xarakter aldığı xüsusi vurğulanıb.

Yuxarıda sadalananlarla bərabər, MDB məkanında müəyyən maraqları olan qüvvələrin kəşfiyyat-pozuculuq fəaliyyəti, transmilli mütəşəkkil cinayətkarlıq, insan alveri, narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı kimi ciddi narahatlıq doğuran mənfi təzahürlərə qarşı səylərin birləşdirilməsinin və mövcud imkanları səfərbər etməklə birgə effektiv mübarizənin aparılmasının zəruriliyinə də toxunulub.

Tədbirdə mühüm əhəmiyyət kəsb edən məsələlərlə bağlı çıxışlar edilmiş, ətraflı müzakirələr aparılmış və gələcək əməkdaşlığa dair bir sıra vacib sənədlər imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1635
avatar

Oxşar yazılar

Sel kəndə gedən yolu belə bağladı-VİDEO

Sel kəndə gedən yolu belə bağladı-VİDEO

21 iyun 2024 , 21:48
Minik avtomobili Türkiyə TIR-ı ilə toqquşdu - Ölən var

Minik avtomobili Türkiyə TIR-ı ilə toqquşdu - Ölən var

21 iyun 2024 , 20:27
Kərim Kərimov  özünü ASDI

Kərim Kərimov özünü ASDI

21 iyun 2024 , 19:31
Sumqayıtda evdən 23 yaşlı oğlanın meyiti tapıldı

Sumqayıtda evdən 23 yaşlı oğlanın meyiti tapıldı

21 iyun 2024 , 19:26
Qubada  çay daşdı,   evlərə ziyan dəydi

Qubada çay daşdı, evlərə ziyan dəydi

21 iyun 2024 , 19:10
Ağdaşda FACİƏ:   azyaşlı kanalda boğuldu

Ağdaşda FACİƏ: azyaşlı kanalda boğuldu

21 iyun 2024 , 18:59
Şəkidə uşaq bağçasında 105 min manatlıq  mənimsəmə

Şəkidə uşaq bağçasında 105 min manatlıq mənimsəmə

21 iyun 2024 , 17:07
Bakı həbsxanasında MƏHKUM ÖLDÜ

Bakı həbsxanasında MƏHKUM ÖLDÜ

21 iyun 2024 , 17:04