“Rubin” – “Neftçi” matçının hakimləri açıqlandı
22 oktyabr 2012 16:52 (UTC +04:00)

“Rubin” – “Neftçi” matçının hakimləri açıqlandı

Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşü danimarkalı referi Kenn Hansen idarə edəcək.

Ona Lars Rix və David Vang Andersen yan xətt hakimləri, Henrik Kristensen dördüncü hakim, Jakob Kehlet və Mads-Kristoffer Kristoffersen əlavə hakimlər qismində yardımçı olacaqlar. Hakim-inspektor Vatslav Krondl (Çexiya), UEFA nümayəndəsi isə Tervel Zlatev (Bolqarıstan) təyin edilib.

Qeyd edək ki, Kazan şəhərindəki Mərkəzi stadionda keçiriləcək “Rubin” – “Neftçi” matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
# 1261

Oxşar yazılar