Azərbaycan klubunda “yanğın”
22 oktyabr 2012 16:49 (UTC +04:00)

Azərbaycan klubunda “yanğın”

“Neftçi” klubunun futbolçusu Bahodir Nasimov məşqlərə başlayıb. Lent.az-ın məlumatına görə, özbəkistanlı hücumçu hələlik fərdi qaydada hazırlıq keçir. Zədəsini sağaltmış futbolçu klubun rəsmi saytına açıqlama verib: “Aldığım zədə səbəbindən uzun müddət yaşıl meydandan kənarda qaldım. Artıq müalicəm demək olar ki, başa çatıb və məşqlərə başlamışam. Tezliklə fiziki hazırlığımı bərpa edib komandaya qayıtmağa çalışacağam. Futbolçu üçün kənardan izləyici olmaq çox çətindir. Sevinirəm ki, bu dövrü uğurla keçdim və indi meydana çıxmaq üçün alışıb-yanıram. İnanıram ki, yenidən komandama faydalı olacağam”.

Qeyd edək ki, Bahodir Nasimov keçmiş klubu Rusiya “Rubin”inə qarşı Avropa Liqası matçında forma geyinməyəcək. Səbəb onun hələ tam hazır formada olmamasıdır.
# 927

Oxşar yazılar