“Deyəsən, Foqtsun Azərbaycanda televizoru yoxdur”
22 oktyabr 2012 15:45 (UTC +04:00)

“Deyəsən, Foqtsun Azərbaycanda televizoru yoxdur”

Lent.az-ın məlumatına görə, Foqts hazırda “Arsenal”da çıxış edən hücumçu barədə ötən ay ekspert kimi fikirlərini bildirib. Onun fikrincə, 27 yaşlı oyunçu meydanda tənbəllik edir: “Sən topu itirirsənsə, geri qaçmalısan. Podolski “Köln”də çıxış etdiyi vaxt çoxlu dostu var idi. “Arsenal”da isə Arsen Venger onun baş məşqçisidir. Vengerin məşqlərində meydanı “şumlamaq” lazımdır. “Arsenal”a keçdikdən sonra Lukas əsl peşəkar olub”.


Lakin futbolçu “müdafiədə oturmayıb”: “Foqts hazırda Azərbaycan yığmasındadır. Deyəsən, orada matçlara baxmaq üçün onun televizoru yoxdur. Başqa ölkədən olan insanların oyunçunu mühakimə etmələri xoşuma gəlmir. Mənim matçlarıma baxmayan insanlar necə məşq etdiyimi görmürlər. Onları heç mən özüm də tanımıram. O, nə istəsə, danışa bilər, mənim üçün heç bir fərqi yoxdur”.
# 2347

Oxşar yazılar