Təbriz klubu Tehranın «İstiqlal»ına qalib gəldi
20 oktyabr 2012 22:40 (UTC +04:00)

Təbriz klubu Tehranın «İstiqlal»ına qalib gəldi

Təbrizin «Traktor» futbol klubu ilə Tehranın «İstiqlal»ı arasında oyun həmişə gərgin keçir.Çünki hər iki komandanın ölkədə yetərincə tərfdarı var.

Ötən gün Təbrizin Səhənd stadionunda keçirilən oyun birincilərin qələbəsi ilə başa çatıb.

Qolları 39-cu dəqiqədə “Traktor”dan Flavyo Lupez və “90+1”-də Milad Fəxrəddini vurub.

Bununla da 12 oyundan sonra “Traktor” 20 xalla turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib.

Yerli müşahidəçilərin sözlərinə əsasən, oyunu 60 min tamaşaçı izləyib.
# 1170

Oxşar yazılar