Kamran Ağayev “yandı”
17 oktyabr 2012 13:07 (UTC +04:00)

Kamran Ağayev “yandı”

Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev cəzalandırılıb. Lent.az-ın məlumatına görə, 26 yaşlı qolkiper 1 oyunluq diskvalifikasiyaya məruz qalıb.

Ağayev noyabrın 14-də millimizin səfərdə Şimali İrlandiya ilə keçirəcəyi 2014-cü il dünya çempionatının seçmə qrup matçını buraxmalı olacaq. Səbəb onun seçmə tsikldə 2 oyunda sarı vərəqə almasıdır. “Xəzər Lənkəran”ın qapıçısı sentyabrın 11-də Portuqaliya, oktyabrın 16-da isə Rusiya yığmaları ilə oyun zamanı vaxt öldürdüyü üçün baş hakimlərin qəzəbinə tuş gəlib. Qaydalara əsasən, qapıçı yığmamızın növbəti görüşünü buraxmalı olacaq. Bu isə Şimali İrlandiya ilə oyuna təsadüf edəcək.

Qeyd edək ki, Kamran Ağayev bu yaxınlarda “Xəzər Lənkəran” rəhbərliyi tərəfindən əfv olunub. O, əvəzedici heyətdən əsas komandaya qaytarılıb.
# 2959

Oxşar yazılar