Azərbaycanlı azarkeşlər Aleksandr Səmədova “köpək” dedilər
17 oktyabr 2012 12:38 (UTC +04:00)

Azərbaycanlı azarkeşlər Aleksandr Səmədova “köpək” dedilər

Lent.az-ın məlumatına görə, oktyabrın 16-da iki ölkə millisi arasında keçirilmiş görüş zamanı 28 yaşlı yarımmüdafiəçinin ünvanına tribunadan “Samedov – pyos” (“Səmədov – köpək” – red.) şüarı səsləndirilib.

Lakin həmyerlimiz özünü eşitməzliyə vurub. Oyundan sonra rusiyalı həmkarlarımızın ona “Tribunadan azərbaycanlı azarkeşlərin nə qışqırdıqlarını eşitdin?” sualına Səmədov sualla cavab verib: “Yox. Nə?”. Jurnalist azarkeşlərin sözlərini dedikdən sonra Səmədov gülərək soruşub: “Doğrudan?” Həmkarımız isə belə cavab verib: “Təəssüf ki, bəli”.

Əslən azərbaycanlı futbolçu yığmamızla oyunun özü üçün prinsipial əhəmiyyət kəsb etmədiyini də vurğulayıb.

Qeyd edək ki, Aleksandr Səmədov Azərbaycan yığmasından imtinasını Moskvada yaşaması və Rusiya millisinə çağırılmaq ümidini itirməməsi ilə əlaqələndirib. Millimizlə görüşdə o, start heyətində meydana çıxıb və 62-ci dəqiqədə əvəzlənib. Şimal qonşularımızın 1:0 hesabı ilə qalib gəldikləri görüşdə yeganə topu 84-cü dəqiqədə penaltidən Roman Şirokov vurub.
# 2049

Oxşar yazılar