Rusiya – Azərbaycan matçına sərxoşlar buraxılmayacaq
16 oktyabr 2012 14:39 (UTC +04:00)

Rusiya – Azərbaycan matçına sərxoşlar buraxılmayacaq

Oktyabrın 16-da futbol üzrə Rusiya və Azərbaycan milli komandaları arasında keçiriləcək 2014-cü il dünya çempionatının seçmə qrup matçında təhlükəsizliyi 2500-dən çox polis qoruyacaq. Lent.az-ın məlumatına görə, oyun üçün 68000 bilet satışa çıxarılıb.

Paytaxt polisindən bildirilib ki, stadiona azarkeşlər metal detektorlar çərçivəsindən keçməklə buraxılacaqlar. Bu zaman sərxoşların girişinə icazə verilməyəcək.

Qeyd edək ki, Moskvadakı “Lujniki” stadionunda keçiriləcək Rusiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
# 649

Oxşar yazılar