Falkao və Ardanın transferinə aydınlıq gəldi
Lent.az-ın məlumatına görə, bu barədə Bakıda səfərdə olan klubun baş meneceri Migel Anxel Gil Marin jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, mövsümün sonunadək hər iki futbolçu komandada qalacaq: “Arda və Falkao qışda “Atletiko”nu tərk etməyəcəklər. Bunu əminliklə deyə bilərəm”.
Gil Marin son 15 ildə İspaniya çempionu ola bilməmələrinin də səbəbini açıqlayıb. “Atletiko” rəsmisinin fikrincə, İspaniya çempionatında rəqabət çox böyükdür: “Biz “Real Madrid” və “Barselona” ilə rəqabət aparan azsaylı klublardanıq. Digər komandaların da çempion olmaları üçün çox şeylər dəyişilməlidir. Hazırda 7 turdan sonra 19 xalla “Barsa” ilə ilk 2 yeri bölüşürük. Mövsümün sonunadək mövqeyimiz dəyişməsə, söz verirəm ki, gələn ilin iyun-iyul aylarında əsas komandamızı “Bakı” ilə yoldaşlıq görüşünə gətirəcəyik”.
Qeyd edək ki, Radamel Falkao hazırda Lionel Messi və Kriştianu Ronaldu ilə birgə hərəyə 8 qolla İspaniya çempionatının bombardirləri siyahısında qərarlaşıb. Onunla Avropanın ən aparıcı klubları maraqlanır. Arda Turan üçün isə Almaniyanın “Şalke” klubundan 20 milyon avroluq rəsmi təklif gəlib. Avropa mətbuatında “Atletiko”nun maliyyə problemləri ilə üz-üzə olması səbəbindən satışa razılıq verəcəyi yazılıb.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

"Barselona" Avropada ən çox qol vuran komandadır
22 iyul 2025 , 19:46
"Liverpul"un əfsanəvi futbolçusu vəfat etdi
22 iyul 2025 , 14:28
İtaliyanın qol kralının bu komandaya transferi hamını TƏƏCCÜBLƏNDİRDİ
22 iyul 2025 , 13:02
PSJ 28 milyonluq futbolçunu 70 milyona alır
22 iyul 2025 , 09:39
“Mançester Yunayted”in müdafiəçisi arvadını ezoterik maraqlarına görə tərk etdi
21 iyul 2025 , 18:11
Azərbaycan klublarının Konfrans Liqasındakı potensial rəqibləri
21 iyul 2025 , 17:07
"Qarabağ"ın növbəti mərhələdəki potensial RƏQİBLƏRİ məlum oldu
21 iyul 2025 , 14:29