26 ildə 26-cı dəfə baş məşqçi oldu - FOTO
10 oktyabr 2012 17:28 (UTC +04:00)

26 ildə 26-cı dəfə baş məşqçi oldu - FOTO

Yılmaz Vural son 26 ildə 26-cı dəfə futbol komandasına baş məşqçi təyin olunub. Lent.az-ın məlumatına görə, 59 yaşlı mütəxəssis Türkiyə Superliqasının autsayderi “Elazığspor”un sükanı arxasına keçib. O, uğursuz nəticələrlə əlaqədar istefa verən Bülənd Uyğunu əvəzləyib. Vuralın qarşısına komandanı Superliqada saxlamaq vəzifəsi qoyulub.


Qeyd edək ki, Yılmaz Vural Türkiyədə yalnız 3 ən böyük klub – “Qalatasaray”, “Fənərbağça” və “Beşiktaş”ın baş məşqçisi olmayıb. O, “Elazığspor”a karyerasında ilk dəfə başçılıq edəcək. Əvvəllər Vural 3 dəfə “Bursaspor”, 2 dəfə “Antalyaspor”, 2 dəfə “Adanaspor”, 2 dəfə “Konyaspor” və hərəyə 1 dəfə “Malatyaspor”, “Samsunspor”, “Karşıyaka”, “Qaziantepspor”, “Eskişehirspor”, “Sarıyer”, “Trabzonspor”, “Gənclərbirliyi”, “Çanaqqala Dardanelspor”, “Dənizlispor”, “Diyarbəkirspor”, “Çaykur Rizəspor”, “Ankaragücü”, “Manisaspor”, “Kocaelispor” və “Kasımpaşa” komandalarına rəhbərlik edib.
# 886

Oxşar yazılar

"Qalatasaray" 6 qolla qalib gəldi

"Qalatasaray" 6 qolla qalib gəldi

6 may 2024 , 01:50
Argentinanı dünya çempionu edən baş məşqçı öldü

Argentinanı dünya çempionu edən baş məşqçı öldü

5 may 2024 , 23:35
"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

5 may 2024 , 19:05
“Bakı marafonu 2024”ün qalibləri  müəyyənləşdi

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi

5 may 2024 , 14:26
“Qarabağ”da yeni müqavilə

“Qarabağ”da yeni müqavilə

5 may 2024 , 14:12
Bukmeker kontoru mərc dünyasında  inqilaba   hazırlaşır

Bukmeker kontoru mərc dünyasında inqilaba hazırlaşır

5 may 2024 , 12:59
Runi  futbol əfsanələri   ilə işləyəcək

Runi futbol əfsanələri ilə işləyəcək

5 may 2024 , 11:56
Futbol oyunu  50:0 hesabı   ilə başa çatdı

Futbol oyunu 50:0 hesabı ilə başa çatdı

5 may 2024 , 09:51