Berti Foqts: “Moskvaya vuruşmağa gedirik”
10 oktyabr 2012 15:24 (UTC +04:00)

Berti Foqts: “Moskvaya vuruşmağa gedirik”

“Biz bir neçə gündür təlim-məşq toplanışdayıq. Çox istərdim ki, jurnalistləri də orada görüm. Ancaq təəssüf ki, görmədim”. Lent.az-ın məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Rusiya yığması ilə oktyabrın 16-da keçirəcəkləri səfər matçı öncəsi mətbuat konfransında deyib.

Almaniyalı mütəxəssis hazırlıq şəraitindən razılıq ifadə edib. O bildirib ki, matçın keçiriləcəyi Moskvadakı “Lujniki” stadionu süni örtüklü olduğundan, komandamız oyuna məhz belə örtüyə malik Bayıl stadionunda hazırlaşıb. Lakin Foqts futbolçuların hazırlıq səviyyəsindən elə də razı qalmayıb: “Futbolçulardan tam razı qala bilərdim, ancaq bu, belə deyil. Əslində mövsümün bu vaxtında futbolçular yaxşı formada olmalıdırlar. Ancaq nədənsə, bir az yorğundurlar. Əsas odur ki, çalışırlar və oyunu böyük həvəslə gözləyirlər. Moskvadan yaxşı nəticə ilə qayıtmaq istəyirəm. İnanıram ki, yaxşı oyun göstərə biləcəyik. Biz ora vuruşmağa gedirik”.

Foqtsun sözlərinə görə, əsas problem kapitan Rəşad Sadıqovun durumu ilə bağlıdır: “O, məşqdə zədələnib. Həkimlər vəziyyətinə baxır. Qarşıdakı günlərdə məşq etməlidir. Edə bilməsə, Moskvada oynaya bilməyəcək. Buna görə Rəşadın oynaması böyük sual altındadır. Bilsəm ki, Sadıqov oynamayacaq, onu kiminlə əvəzləmək haqda fikirləşəcəyəm. Ancaq mən hələ onun meydana çıxa biləcəyinə ümid edirəm”.

Almaniyalı mütəxəssis baxışa dəvət olunan futbolçulardan Almaniyanın III liqasında oynayan Dmitri Nazarovun zədə üzündən düşərgəni tərk etdiyini söyləyib. Foqtsun fikrincə, Nazarov maraqlı, sürətli futbolçudur. Moldova “Milsami”sindən dəvət olunmuş Elhad Nəzirlini isə yığmamızın baş məşqçisinə klubun sükanı arxasında olan həmyerlisi məsləhət görüb: “Nəzərli də maraqlı futbolçudur. Noyabrda Şimali İrlandiya yığması ilə oyunumuz var. Həmin matça da onu dəvət edə bilərik”.

Foqts Topaz Premyer Liqasında təqvimində dəyişikləri milli ilə əlaqələndirməyib. Onun fikrincə, dəyişikliklər 17 yaşadək qızlar arasında dünya çempionatının oyunları ilə bağlıdır.

Baş məşqçi Premyer Liqanın lideri “Simurq”un kapitanı və mərkəz müdafiəçisi Rasim Ramaldanovun yığmaya çağırılmamasına belə münasibət bildirib: “Sözsüz ki, həmin oyunçunu tanıyıram. Mən ölkə çempionatla beynəlxalq matçlarda fərqi hiss edirəm. Onu və bir neçə futbolçunu dekabrda Bakıda təlim-məşq toplanışımıza çağıracağam. Köməkçim Nazim Süleymanov həftəsonları çempionat oyunları izləyir”.

Foqts Moskvadakı oyunda qapını Kamran Ağayevin qoruyacağını da əlavə edib. Onun fikrincə, hazırda Ağayev 1 nömrəli qapıçıdır: “Şadam ki, Anar Nəzirov son 2 matçda oynayır. Səlahət Ağayev isə inkişaf edir. Ancaq hazırda Kamran Azərbaycanda 1 nömrəli qapıçıdır”.

66 yaşlı mütəxəssis ölkəmizdə oynayan bir sıra legionerlərin milliləşdirilməyinə dair sualı isə belə cavablandırıb: “Mən bunu təsdiqləyə bilmərəm. FİFA-nın bununla bağlı qaydası var, həmin legioner 5 il ölkəmizdə oynamalı və ya Azərbaycan kökləri olmalıdır. Məndə olan məlumata görə, Nazarovun Azərbaycan kökləri var. Ancaq istənilən halda, bu sualı mənə yox, AFFA-ya vermək lazımdır. Biz Dmitrini sadəcə, yoxlayırıq. Azərbaycanda əvvəl də olub ki, burada oynayan legionerə milli pasport verilib. FİFA-nın qanunları var: Qohumları arasında azərbaycanlı varsa, onlara milli pasport vermək olar. Oyunçu maraqlı olsa, ona pasport verəcəyik. Millimizdə legionerlər az deyil və nəticədə son vaxtlar inkişaf edib. Onların arasında gənclər çoxdur”.

Foqts müdafiənin sol cinahında oynaya bilən Elnur Allahverdiyevlə Ufuk Budakın yoxluğunda kimi əvəzləməyi hələ müəyyənləşdirməyib: “Bilirik ki, sol cinahda seçimimiz çox deyil. Bir sıra futbolçulara baxaraq, bəziləri sağdan sola keçiririk. Hazırlıq bitəndən sonra qərarımızı verəcəyik”.

Qeyd edək ki, Rusiya – Azərbaycan matçı oktyabrın 16-da Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Elşən MƏMMƏDOV
# 1683

Oxşar yazılar

Futbolçu başına top dəydikdən sonra  huşunu itirdi

Futbolçu başına top dəydikdən sonra huşunu itirdi

6 may 2024 , 09:57
Ronaldo son 8 ilin ən məhsuldar mövsümünü keçirir

Ronaldo son 8 ilin ən məhsuldar mövsümünü keçirir

6 may 2024 , 09:46
"Qalatasaray" 6 qolla qalib gəldi

"Qalatasaray" 6 qolla qalib gəldi

6 may 2024 , 01:50
Argentinanı dünya çempionu edən baş məşqçı öldü

Argentinanı dünya çempionu edən baş məşqçı öldü

5 may 2024 , 23:35
"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

5 may 2024 , 19:05
“Bakı marafonu 2024”ün qalibləri  müəyyənləşdi

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi

5 may 2024 , 14:26
“Qarabağ”da yeni müqavilə

“Qarabağ”da yeni müqavilə

5 may 2024 , 14:12
Bukmeker kontoru mərc dünyasında  inqilaba   hazırlaşır

Bukmeker kontoru mərc dünyasında inqilaba hazırlaşır

5 may 2024 , 12:59