Messinin cangüdəni 500 bankı yarıb
10 oktyabr 2012 13:39 (UTC +04:00)

Messinin cangüdəni 500 bankı yarıb

Lent.az-ın məlumatına görə, bu barədə Rohonun özü “La Gazzetta dello Sport”a açıqlama verib.

O, “Barsa”da mühafizəçi işlədiyi vaxt Messiyə də cangüdənlik etdiyini bildirib. Roho əvvəllər 500 bank qarət edib və 15 ilədək oğru dünyasında olub. 1997-ci ildə isə haqqın yolunu taparaq, futbolda işləməyə başlayıb. Roho 2006-cı ildə “Barselona”da mühafizəçi kimi işə düzəlib. Həmin vaxt baş məşqçi Frank Raykard olub. Keçmiş oğrunun işi futbolçuları gecə klublarında çox içdikləri və sükan arxasında otura bilmədikləri vaxt evlərinə aparmaqdan ibarət imiş.

Roho deyib: “Bir dəfə Messini məşqdən sonra götürüb aparmağa göndərmişdilər. O, utancaq oğlan idi. Nahar etdiyi vaxt öz həyatımdan danışdım. Söhbətdə elə də iştirak etmədi. Çünki həyatında yalnız məşqlər və toplar var idi. Klubda ona qızlarla gəzməyə icazə vermirdilər. Hələ indi əsl həyatın nə olduğunu anlamağa başlayıb”.

Qeyd edək ki, Daniel Roho “Barselona”da 2 ildir işləmir. Amma o, ötən il klubun oyununu izləməyə gedib. Matçın ardından Messi ilə nahar edib və argentinalı futbolçu onu evinədək aparıb.
# 2511

Oxşar yazılar

Argentinanı dünya çempionu edən baş məşqçı öldü

Argentinanı dünya çempionu edən baş məşqçı öldü

5 may 2024 , 23:35
"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

5 may 2024 , 19:05
“Bakı marafonu 2024”ün qalibləri  müəyyənləşdi

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi

5 may 2024 , 14:26
“Qarabağ”da yeni müqavilə

“Qarabağ”da yeni müqavilə

5 may 2024 , 14:12
Bukmeker kontoru mərc dünyasında  inqilaba   hazırlaşır

Bukmeker kontoru mərc dünyasında inqilaba hazırlaşır

5 may 2024 , 12:59
Runi  futbol əfsanələri   ilə işləyəcək

Runi futbol əfsanələri ilə işləyəcək

5 may 2024 , 11:56
Futbol oyunu  50:0 hesabı   ilə başa çatdı

Futbol oyunu 50:0 hesabı ilə başa çatdı

5 may 2024 , 09:51
“Jirona” tarixində ilk dəfə Çempionlar Liqasına VƏSİQƏ QAZANDI

“Jirona” tarixində ilk dəfə Çempionlar Liqasına VƏSİQƏ QAZANDI

5 may 2024 , 07:55