Rusiya yığmasının hər futbolçusuna Azərbaycanla oyun öncəsi 45 min avro
10 oktyabr 2012 11:33 (UTC +04:00)

Rusiya yığmasının hər futbolçusuna Azərbaycanla oyun öncəsi 45 min avro

Futbol üzrə Rusiya milli komandası Portuqaliya və Azərbaycan yığmaları ilə keçirəcəyi 2014-cü il dünya çempionatının seçmə qrup matçları öncəsi mükafatlandırılacaq. Lent.az-ın “Sovetskiy Sport”a istinadən verdiyi məlumata görə, şimal qonşularımız 2012-ci il Avropa çempionatındakı çıxışları müqabilində hərəyə 45 min avro qazanacaqlar.

Əslində Rusiya millisi qitə çempionatında qrup mərhələsini adlaya bilməyərək, uğursuzluğa düçar olub. Amma Rusiya Futbol İttifaqı komandanın Ukrayna və Polşada keçirilmiş çempionata vəsiqə qazanmasını, eləcə də qrup oyunlarında Çexiyanı 4:1 hesabı ilə yendikdən sonra Polşa ilə 1:1 hesablı heç-heçə etməsini yüksək qiymətləndirib. Çexiya qələbəsinə 30 min avro, Polşa bərabərliyinə isə 15 min avro mükafat yazılıb. Mükafatlar yığmanın futbolçuları, məşqçiləri və inzibati heyətinə ödəniləcək.

Qeyd edək ki, dünya çempionatının seçmə tsiklindəki mükafatlandırma sistemi Avropa birinciliyinə seçimdəkindən fərqlənməyəcək. Yenə futbolçular konkret matçlarda qələbə, habelə, qarşıya qoyulmuş vəzifənin yerinə yetirilməsi qarşılığında qazanacaqlar.
# 1323

Oxşar yazılar

"Qalatasaray" 6 qolla qalib gəldi

"Qalatasaray" 6 qolla qalib gəldi

6 may 2024 , 01:50
Argentinanı dünya çempionu edən baş məşqçı öldü

Argentinanı dünya çempionu edən baş məşqçı öldü

5 may 2024 , 23:35
"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

5 may 2024 , 19:05
“Bakı marafonu 2024”ün qalibləri  müəyyənləşdi

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi

5 may 2024 , 14:26
“Qarabağ”da yeni müqavilə

“Qarabağ”da yeni müqavilə

5 may 2024 , 14:12
Bukmeker kontoru mərc dünyasında  inqilaba   hazırlaşır

Bukmeker kontoru mərc dünyasında inqilaba hazırlaşır

5 may 2024 , 12:59
Runi  futbol əfsanələri   ilə işləyəcək

Runi futbol əfsanələri ilə işləyəcək

5 may 2024 , 11:56
Futbol oyunu  50:0 hesabı   ilə başa çatdı

Futbol oyunu 50:0 hesabı ilə başa çatdı

5 may 2024 , 09:51