Topaz Premyer Liqasında FİFA referisinin səhvi aşkarlandı
09 oktyabr 2012 13:27 (UTC +04:00)

Topaz Premyer Liqasında FİFA referisinin səhvi aşkarlandı

Futbol üzrə Topaz Premyer Liqasında daha bir hakim səhvi aşkarlanıb. Lent.az-ın məlumatına görə, AFFA İntizam Komitəsi VIII turda “Kəpəz”lə matçın 66-cı dəqiqəsində “Qarabağ” klubunun və Azərbaycan milli komandasının hücumçusu Rauf Əliyevə göstərilmiş sarı vərəqənin yanlış olduğu qənaətinə gəlib.

Həmin oyunun baş hakimi Elçin Məmmədov futbolçunun simulyasiya etdiyini səbəb göstərib. Lakin matçın videoyazısını izlədikdə hakimin epizodu düzgün qiymətləndirmədiyi aşkarlanıb. Bu səbəbdən, Əliyevə göstərilən sarı vərəqə ləğv edilib. Bu oyunda 4 futbolçusu sarı vərəqə alan “Kəpəz” 1000 manat ziyana düşüb.

Əvəzində İntizam Komitəsi “Qəbələ”nin oyunçusu Rövşən Əmiraslanovu növbəti qarşılaşmadan kənarlaşdırıb. Əmiraslanov “Bakı” ilə görüşün 43-cü dəqiqəsində kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. O, 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb. “Bakı” isə 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 1000 manat cərimələnib. Eyni səbəbdən, “Xəzər Lənkəran” bu qədər ziyana düşüb.

Qeyd edək ki, Elçin Məmmədov futzal üzrə FİFA referisidir.
# 687

Oxşar yazılar

"Qalatasaray" 6 qolla qalib gəldi

"Qalatasaray" 6 qolla qalib gəldi

6 may 2024 , 01:50
Argentinanı dünya çempionu edən baş məşqçı öldü

Argentinanı dünya çempionu edən baş məşqçı öldü

5 may 2024 , 23:35
"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

5 may 2024 , 19:05
“Bakı marafonu 2024”ün qalibləri  müəyyənləşdi

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi

5 may 2024 , 14:26
“Qarabağ”da yeni müqavilə

“Qarabağ”da yeni müqavilə

5 may 2024 , 14:12
Bukmeker kontoru mərc dünyasında  inqilaba   hazırlaşır

Bukmeker kontoru mərc dünyasında inqilaba hazırlaşır

5 may 2024 , 12:59
Runi  futbol əfsanələri   ilə işləyəcək

Runi futbol əfsanələri ilə işləyəcək

5 may 2024 , 11:56
Futbol oyunu  50:0 hesabı   ilə başa çatdı

Futbol oyunu 50:0 hesabı ilə başa çatdı

5 may 2024 , 09:51