“İki cəbhədə mübarizə aparmaq çətindir”
09 oktyabr 2012 10:46 (UTC +04:00)

“İki cəbhədə mübarizə aparmaq çətindir”

Lent.az-ın məlumatına görə, Hacıyev bu barədə çempionatın VIII turunda “Turan” üzərində 2:1 hesablı qələbə ilə nəticələnən oyundan sonra açıqlama verib.

O bildirib ki, futbolçularda Avropa Liqasında “İnter”lə matçdan sonra bir qədər yorğunluq qalıb. Lakin təcrübəli mütəxəssis komandasının oyunundan razılıq ifadə edib: “Bütövlükdə pis oynamadıq. Futbolçularda Avropa Liqasında “İnter”lə oyundan sonra bir qədər yorğunluq var idi. İki cəbhədə mübarizə aparmaq çətindir. Amma meydanda yalnız bir komanda var idi – “Neftçi”. “Turan”ın son oyunlardakı nəticələri bizi diqqətli olmağa məcbur edirdi. Onlar bu görüşdə də döyüşdülər. Lakin biz istədiyimizi ala bildik”.

“Turan”ın baş məşqçisi Əsgər Abdullayev isə buraxdıqları səhvlərdən “Neftçi”nin layiqincə yararlandığını söyləyib: “Uşaqlar mənim istədiyim kimi oynaya bilmədilər. “Neftçi” kimi komanda ilə oyunda bu qədər qol vəziyyəti yaradıb, onlardan yararlana bilmədik. Söz tapa bilmirəm. Böyük klublar az səhv buraxırlar. Eyni zamanda rəqibin buraxdığı səhvləri də bağışlamırlar. Biz də bu gün səhv etdik və “Neftçi” onları bağışlamadı”.

Qeyd edək ki, “Neftçi”nin 1:3 hesabı ilə uduzduğu İtaliya “İnter”i ilə matçdan öncə Bakının eyniadlı komandasına qarşı görüşü təxirə salınıb. Əvəzində flaqmanın Avropa Liqasındakı rəqibi bu oyundan öncə İtaliya A seriyasında “Fiorentina”nı 2:1, ötən həftəsonu isə “Milan”ı 1:0 hesabı ilə məğlub edib. “Turan”la görüşdə “Neftçi”nin qollarını 11-ci dəqiqədə penaltidən Rəşad Sadiqov, 37-ci dəqiqədə Erik Ramos vurub. Qonaqlar 90+2-ci dəqiqədə Qogi Pipiyanın dəqiq zərbəsi ilə təsəlli qoluna imza atıblar. Bu qələbədən sonra flaqman xallarını 9-a çatdırıb və 6-cı pilləyə yüksəlib. Üstəlik, “ağ-qaralar”ın ehtiyatda 3 oyunu var.
# 929

Oxşar yazılar

Futbolçu başına top dəydikdən sonra  huşunu itirdi

Futbolçu başına top dəydikdən sonra huşunu itirdi

6 may 2024 , 09:57
Ronaldo son 8 ilin ən məhsuldar mövsümünü keçirir

Ronaldo son 8 ilin ən məhsuldar mövsümünü keçirir

6 may 2024 , 09:46
"Qalatasaray" 6 qolla qalib gəldi

"Qalatasaray" 6 qolla qalib gəldi

6 may 2024 , 01:50
Argentinanı dünya çempionu edən baş məşqçı öldü

Argentinanı dünya çempionu edən baş məşqçı öldü

5 may 2024 , 23:35
"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

5 may 2024 , 19:05
“Bakı marafonu 2024”ün qalibləri  müəyyənləşdi

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi

5 may 2024 , 14:26
“Qarabağ”da yeni müqavilə

“Qarabağ”da yeni müqavilə

5 may 2024 , 14:12
Bukmeker kontoru mərc dünyasında  inqilaba   hazırlaşır

Bukmeker kontoru mərc dünyasında inqilaba hazırlaşır

5 may 2024 , 12:59