“İnter”in futbolçusu 1 ay oynamayacaq
29 sentyabr 2012 17:23 (UTC +04:00)

“İnter”in futbolçusu 1 ay oynamayacaq

İtaliyanın “İnter” klubunun futbolçusu Uesli Sneyder ən azı 1 ay müddətinə sıradan çıxıb. Lent.az-ın “France Football”a istinadən verdiyi məlumata görə, hollandiyalı yarımmüdafiəçi “Kyevo” ilə A seriyasının 5-ci tur matçında sol baldırından ciddi zədə alıb.

O, “İnter”in “Neftçi” ilə oktyabrın 4-də keçirəcəyi Avropa Liqası matçından əlavə, oktyabrın 7-də “Milan”la derbidə də iştirak etməyəcək.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” – “İnter” matçı saat 21:00-da başlanacaq. İtaliya klubu Bakıya oyundan bir gün əvvəl gələcək. “İnter” Azərbaycan çempionu ilə görüşədək sentyabrın 30-da A seriyasında “Fiorentina”nı qəbul edəcək.
# 590

Oxşar yazılar