Joze Mourinyo: “Ən azı 70 yaşımadək baş məşqçi işləyəcəm”
26 sentyabr 2012 11:15 (UTC +04:00)

Joze Mourinyo: “Ən azı 70 yaşımadək baş məşqçi işləyəcəm”

İspaniyanın “Real Madrid” futbol komandasının baş məşqçisi Joze Mourinyo ən azı 70 yaşınadək işləmək niyyətindədir. Lent.az-ın məlumatına görə, bu barədə portuqaliyalı mütəxəssis “O Jogo”ya açıqlama verib.

O, özünü əla formada hiss etdiyini və yeni-yeni zirvələr fəth etməyə hazır olduğunu söyləyib. Mourinyo deyib: “Mən Aleks Ferqyusonu əla başa düşürəm. Onun 70 yaşı olsa da, işləməkdə davam edir. Öz işini sevirsənsə, təqaüdə çıxmaq istəməzsən. Mənim demək olar ki, 50 yaşım var. Ser Alekslə müqayisədə sadəcə, gəncəm. Ümidvaram ki, mənə 70 yaşımda da “top-komandalar”ın baş məşqçisi işləmək qismət olacaq”.

Qeyd edək ki, Joze Mourinyonun 50 yaşı gələn il yanvarın 26-da tamam olacaq.
# 705

Oxşar yazılar