
“Neftçi” – “İnter” matçına biletlərin qiyməti məlum oldu
Bu haqda Lent.az-a flaqmanın prezidenti Sadıq Sadıqov məlumat verib. O bildirib ki, oktyabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinə 3 manatdan 50 manatadək qiymət qoyulacaq. Yekun qərar isə sentyabrın 25-də “Neftçi” və AFFA rəsmiləri arasında keçiriləcək görüş zamanı veriləcək: “Klubumuzda menecment şöbəsi olmadığından, bilet satışını AFFA həyata keçirəcək. Bununla bağlı sentyabrın 25-də AFFA ilə müqavilə bağlanılacaq. Bilet satışı, azarkeşlərin yerləşdirilməsi məsələsində federasiyanın böyük təcrübəsindən yararlanmağı qərara almışıq. Biletlərin 3 – 50 manat aralığında olması nəzərdə tutulub. Tam qərar sabah veriləcək”.
Qeyd edək ki, “Neftçi” – “İnter” matçı saat 21:00-da başlanacaq.
Elşən MƏMMƏDOV
Qeyd edək ki, “Neftçi” – “İnter” matçı saat 21:00-da başlanacaq.
Elşən MƏMMƏDOV
Oxşar yazılar

Qadın hakim Yamalı oyundan əvvəl öpdü: reaksiyası
2 avqust 2025 , 18:03
“Barselona”nın oyunçuları öz kumirlərini açıqladılar - yalnız biri Messini seçdi
2 avqust 2025 , 16:57
Messinin saat kolleksiyasının bir hissəsi
2 avqust 2025 , 13:45
Ulduz futbolçu şəxsi təyyarəsi ilə Bodruma gəldi, sərvət xərclədi
2 avqust 2025 , 12:39
Ferqyusonun oyunçular üçün xüsusi müqavilə qaydası: Bu gün çox aktual olardı
2 avqust 2025 , 10:17
"Sadəcə sehrli bir gecə": Verratti Neymarın Messini PSJ-yə necə cəlb etdiyini AÇIQLADI
1 avqust 2025 , 18:31
Futbolçular meydana super qəhrəman geyimində itlərlə çıxdılar - FOTOLENT
1 avqust 2025 , 14:30