Topaz Premyer Liqası: “Qəbələ” və “Neftçi”dən şok məğlubiyyət!
24 sentyabr 2012 19:14 (UTC +04:00)

Topaz Premyer Liqası: “Qəbələ” və “Neftçi”dən şok məğlubiyyət!

Futbol üzrə Topaz Premyer Liqasında VI turun növbəti oyunları keçirilib. Lent.az-ın məlumatına görə, “Neftçi” və “Qəbələ” klubları turu məğlubiyyətlə başa vurub.

“Neftçi” səfərdə “Sumqayıt”a, “Qəbələ” isə “Rəvan”a uduzub. Hər iki iddialı komanda qapısından 3 top buraxıb. Üstəlik, “Rəvan” bu mövsüm ilk qələbəsini əldə edib. Hazırda “Simurq” – “Kəpəz” matçı keçirilir. Sentyabrın 25-də keçirilməli olan “Xəzər Lənkəran” – “Bakı” matçı isə təxirə salınıb.


24 sentyabr

“Qəbələ” – “Rəvan” (Bakı) – 1:3
Qollar:
Aleksandr Çertoqanov, 37 – Xuan Varela, 23. Kristian Torres, 64. Nuran Qurbanov, 90
Qırmızı vərəqə: Aleksandr Çertoqanov, 71 (“Qəbələ”)

“Sumqayıt” – “Neftçi” (Bakı) – 3:2
Qollar:
Orxan Əliyev, 12. Pərdis Fərcad Azad, 55. Murad Ağayev, 74 - Xəyal Mustafayev, 56-öz qapısına, Nilosa Kanales, 60

23 sentyabr

“Turan” (Tovuz) – “Qarabağ” (Ağdam) - 0:1
Qol:
Rəşad Sadıqov, 85-penalti ilə

AZAL – “İnter” - 0:0
# 1187

Oxşar yazılar