Kiyev “Dinamo”sunun baş məşqçisi qovuldu
24 sentyabr 2012 18:42 (UTC +04:00)

Kiyev “Dinamo”sunun baş məşqçisi qovuldu

Ukraynanın “Dinamo” (Kiyev) futbol komandasının baş məşqçisi Yuri Syomin istefaya göndərilib. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, rusiyalı mütəxəssis son 5 oyunda 4 məğlubiyyətdən sonra postunu itirib.

Syominin rəhbərliyi altında “Dinamo” son matçını “Şaxtyor”a qarşı keçirib. Ölkə kubokunun 1/16 finalına təsadüf edən matçda Donetsk komandası qalib gəlib – 4:1. Ukrayna çempionatında da “Dinamo” 9 turdan sonra 21 xalla 3-cü pillədə qərarlaşıb. Çempionlar Liqasının qrup mərhələsində isə Kiyev təmsilçisi Fransa PSJ-sinə 1:4 hesabı ilə uduzub.

Qeyd edək ki, Yuri Syomin “Dinamo”ya ilk dəfə 2008-ci ilin yanvarında baş məşqçi təyin olunub. 2009-cu ilin mayınadək davam edən müddətdə o, komandaya ölkə kubokunu qazandırıb. Bundan sonra Syomin “Lokomotiv”ə uduzub. 2010-cu ilin dekabrında təcrübəli mütəxəssis yenidən “Dinamo”ya qayıdıb. Bu dəfə Kiyev təmsilçisi 2010-2011 və 2011-2012-ci il mövsümlərini gümüş medalla başa vurub.
# 978

Oxşar yazılar