“Qızlar arasında dünya çempionatının müsəlman ölkəsində keçirilməsi vacib amildir”
22 sentyabr 2012 12:32 (UTC +04:00)

“Qızlar arasında dünya çempionatının müsəlman ölkəsində keçirilməsi vacib amildir”

FİFA prezidenti Yozef Blatter Azərbaycan prezidenti İlham Əliyevlə sentyabrın 21-də keçirdiyi görüşdən danışıb. Lent.az-ın məlumatına görə, bu barədə ali futbol qurumunun rəhbəri Bakıda Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının təşkil etdiyi Gənc Reportyorlar Proqramında çıxışında açıqlama verib.

O bildirib ki, görüş zamanı prezident İlham Əliyev Azərbaycanın 17 yaşadək qızlar arasında dünya çempionatından əlavə, futbol üzrə daha nüfuzlu yarışlar keçirmək istədiyini deyib. Bu məqsədlə ölkəmizdə yeni-yeni stadionların tikildiyi, dünya standartlarına uyğun futbol infrastrukturunun yaradıldığı qeyd olunub.

Blatterin sözlərinə görə, dövlət başçısı hələ 1918-ci ildə Azərbaycanda qadınlara seçib-seçilmək hüququnun verildiyini də söyləyib. FİFA prezidenti bu məqama diqqət çəkərək, bildirib ki, Azərbaycan müsəlman ölkəsi olduğu halda, 94 il əvvəl belə bir qanun qəbul olunub. Halbuki Avropa ölkələrində bundan xeyli gec qadınlara seçki hüququ verilib: “Məsələn, mənim vətənim İsveçrədə 1971-ci ildən qadınlar seçib-seçilmək hüququna malikdirlər. Bu gün 17 yaşadək qızlar arasında dünya çempionatı yeni ölkədə və həm də müsəlman ölkəsində start götürür. Bu, çox vacib amildir, bütün mədəniyyətlərə mesajdır”.

Qeyd edək ki, 17 yaşadək qızlar arasında dünya çempionatı oktyabrın 13-dək davam edəcək.

Elşən MƏMMƏDOV
# 1343

Oxşar yazılar

"Qalatasaray" 6 qolla qalib gəldi

"Qalatasaray" 6 qolla qalib gəldi

6 may 2024 , 01:50
Argentinanı dünya çempionu edən baş məşqçı öldü

Argentinanı dünya çempionu edən baş məşqçı öldü

5 may 2024 , 23:35
"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

5 may 2024 , 19:05
“Bakı marafonu 2024”ün qalibləri  müəyyənləşdi

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi

5 may 2024 , 14:26
“Qarabağ”da yeni müqavilə

“Qarabağ”da yeni müqavilə

5 may 2024 , 14:12
Bukmeker kontoru mərc dünyasında  inqilaba   hazırlaşır

Bukmeker kontoru mərc dünyasında inqilaba hazırlaşır

5 may 2024 , 12:59
Runi  futbol əfsanələri   ilə işləyəcək

Runi futbol əfsanələri ilə işləyəcək

5 may 2024 , 11:56
Futbol oyunu  50:0 hesabı   ilə başa çatdı

Futbol oyunu 50:0 hesabı ilə başa çatdı

5 may 2024 , 09:51