Yozef Blatter: “Azərbaycanın təşkilatçılığı yüksək səviyyədədir”
21 sentyabr 2012 13:58 (UTC +04:00)

Yozef Blatter: “Azərbaycanın təşkilatçılığı yüksək səviyyədədir”

Lent.az-ın məlumatına görə, bunu FİFA prezidenti Yozef Blatter “Four Season” otelində keçirdiyi mətbuat konfransında bildirib.

O bildirib ki, Azərbaycan özünəməxsus tarixi və coğrafi xüsusiyyətlərə malik olmaqla yanaşı, sivilizasiyalar, mədəniyyətlər qovşağıdır. Blatter ölkəmizdə futbolun də mühüm əhəmiyyətə malik olduğunu söyləyib: “Ona görə mən, dünyanın bütün qitələrini əhatə edən 15 ölkə buradadır. Burada çempionatın yüksək səviyyədə təşkili üçün çox böyük səylər göstərilib. Ölkə rəhbərliyi, şəxsən İlham Əliyevin himayədarlığı altında mühüm işlər görülüb. AFFA prezidenti Rövnəq Abdullayevin də qayğısını qeyd edə bilərəm”.

FİFA prezidenti sentyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 18:30-da başlanacaq açılış mərasiminin fərqli olacağını söyləyib. O, xüsusən, mərasimdə məşhur müğənni Cennifer Lopesin çıxış edəcəyini vurğulayıb. Blatter qadınlar arasında dünya çempionatına azarkeş marağının artırılmasının önəmini də qeyd edib: “2012-ci il London Yay Olimpiya Oyunlarında qadınlar arasında futbol yarışlarına 600 min bilet satılmışdı. Bu, məni yaxşı mənada təəccübləndirdi. Çünki İngiltərədə kişi futboluna marağın hədsiz olduğunu bildiyim halda, qadınların oyununa bu dərəcədə diqqətin olmasından xəbərsiz idim. Yaponiyada 20 yaşadək qadınlar arasında təşkil olunmuş dünya çempionatına da kifayət qədər tamaşaçı gəlmişdi. Lakin oyunlar böyük stadionlarda keçirildiyindən, tribunalarda boşluqlar nəzərə çarpırdı. Bu baxımdan, Azərbaycandakı dünya çempionatı üçün kiçik stadionların seçimini düzgün qərar sayıram. Belə yarışlarda böyük arenalardan istifadə hələlik məqsədəuyğun deyil”.

Ali futbol qurumunun rəhbəri Gürcüstanla birgə 2020-ci il Avropa çempionatına namizədliyini irəli sürən Azərbaycanın şanslarına da toxunub. Onun sözlərinə görə, 17 yaşlı qızlar arasında dünya çempionatının yüksək səviyyədə təşkili daha böyük tədbirlərə ev sahibliyinə yiyələnmək baxımından böyük fürsətdir: “Azərbaycanın təşkilatçılığı yüksək səviyyədədir. Bakı şəhərinin 2020-ci il Yay Olimpiya Oyunlarına da namizədliyini irəli sürməsindən xəbərdaram. Təəssüf ki, Beynəlxalq Olimpiya Komitəsi paytaxtınızın növbəti mərhələyə keçməsinə səs vermədi. Mən Rövnəq Abdullayevlə söhbətdə də bildirdim ki, 17 yaşadək qızlar arasında dünya çempionatı kimi tədbirlərin yüksək səviyyədə təşkili daha nüfuzlu tədbirlərə yiyələnmək üçün böyük fürsətdir”.

Qeyd edək ki, oktyabrın 13-dək davam edəcək dünya çempionatı üçün 6 stadion nəzərdə tutulub. Bakıdakı 5 stadiondan 3-ü – “Şəfa”, Bayıl Arena və “Dalğa Arena” süni örtüklüdür. Tofiq Bəhramov adına Respublika, 8 km və Lənkəran şəhər Mərkəzi stadionları təbii ot örtüyünə malikdir. Blatterin fikrincə, belə yarışlar üçün süni örtüklü meydanlardan istifadədə problem yoxdur: “Peşəkar klublar arasında da oyunlar bəzən süni örtüklü meydanlarda keçirilir. İtaliyada 1700-dək belə örtüklü meydanlar var. Futbolu gələcəkdə daha az vəsait tələb edən və meteorooloji imkanlarla uzlaşan təbii və süni otların qarışığından ibarət meydanlarda oynayacaqlar. Bildiyimə görə, Milandakı “San Siro” stadionuna bu cür qarışıq örtük salmaq niyyətindədirlər”.

Elşən MƏMMƏDOV
# 884

Oxşar yazılar

"Qalatasaray" 6 qolla qalib gəldi

"Qalatasaray" 6 qolla qalib gəldi

6 may 2024 , 01:50
Argentinanı dünya çempionu edən baş məşqçı öldü

Argentinanı dünya çempionu edən baş məşqçı öldü

5 may 2024 , 23:35
"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

5 may 2024 , 19:05
“Bakı marafonu 2024”ün qalibləri  müəyyənləşdi

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi

5 may 2024 , 14:26
“Qarabağ”da yeni müqavilə

“Qarabağ”da yeni müqavilə

5 may 2024 , 14:12
Bukmeker kontoru mərc dünyasında  inqilaba   hazırlaşır

Bukmeker kontoru mərc dünyasında inqilaba hazırlaşır

5 may 2024 , 12:59
Runi  futbol əfsanələri   ilə işləyəcək

Runi futbol əfsanələri ilə işləyəcək

5 may 2024 , 11:56
Futbol oyunu  50:0 hesabı   ilə başa çatdı

Futbol oyunu 50:0 hesabı ilə başa çatdı

5 may 2024 , 09:51