Erməni baş məşqçini qovdular
20 sentyabr 2012 15:01 (UTC +04:00)

Erməni baş məşqçini qovdular

Rusiyanın akademik avarçəkmə üzrə milli komandasının baş məşqçisi Samvel Arakelyan vəzifəsindən kənarlaşdırılıb. Lent.az-ın məlumatına görə, bu barədə Rusiya Avarçəkmə İdmanı Federasiyasının prezidenti səlahiyyətlərini icra edən Alla Alyoşina açıqlama verib.

Alyoşina bildirib ki, Arakelyan hələ avqustun 12-də başa çatmış 2012-ci il London Yay Olimpiya Oyunlarından sonra qovulub. Son olimpiadada Rusiya yığması akademik avarçəkmə növündə 4 mümkün qayıq tipindən 2-də təmsil olunub və heç bir medal qazana bilməyib.

Erməni əsilli baş məşqçinin Rusiyanın İdman Nazirliyi ilə müqaviləsi noyabrın 1-də başa çatacaq. Onun rəhbərliyi altında ölkə yığması 14 – 16 sentyabrda İtaliyada keçirilmiş Avropa çempionatında da uğursuzluğa düçar olub. Yeni baş məşqçi vəzifəsinə seçim müsabiqəsi oktyabrın sonlarında başa çatacaq. Alyoşina bildirib ki, Arakelyan da namizədliyini verə bilər. Lakin onun postunda qalacağı ehtimalı çox azdır.

Qeyd edək ki, Samvel Arakelyan Rusiya milli komandasına 2009-cu ilin oktyabrında baş məşqçi təyin olunub. Bunadək Arakelyan Rostov İdman Komitəsində işləyib və rusiyalı bir neçə avarçəkənin şəxsi məşqçisi olub.
# 1390

Oxşar yazılar

"Qalatasaray" 6 qolla qalib gəldi

"Qalatasaray" 6 qolla qalib gəldi

6 may 2024 , 01:50
Argentinanı dünya çempionu edən baş məşqçı öldü

Argentinanı dünya çempionu edən baş məşqçı öldü

5 may 2024 , 23:35
"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

5 may 2024 , 19:05
“Bakı marafonu 2024”ün qalibləri  müəyyənləşdi

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi

5 may 2024 , 14:26
“Qarabağ”da yeni müqavilə

“Qarabağ”da yeni müqavilə

5 may 2024 , 14:12
Bukmeker kontoru mərc dünyasında  inqilaba   hazırlaşır

Bukmeker kontoru mərc dünyasında inqilaba hazırlaşır

5 may 2024 , 12:59
Runi  futbol əfsanələri   ilə işləyəcək

Runi futbol əfsanələri ilə işləyəcək

5 may 2024 , 11:56
Futbol oyunu  50:0 hesabı   ilə başa çatdı

Futbol oyunu 50:0 hesabı ilə başa çatdı

5 may 2024 , 09:51