“Kəpəz” 133 gündən sonra sevindi - STATİSTİKA
17 sentyabr 2012 11:08 (UTC +04:00)

“Kəpəz” 133 gündən sonra sevindi - STATİSTİKA

Futbol üzrə Azərbaycan Premyer Liqasının V turu ilə bağlı statistik göstəricilər açıqlanıb. Lent.az Peşəkar Futbol Liqasının rəsmi saytının hazırladığı yazını təqdim edir...

“Kəpəz”in 133 günü

Gəncənin “Kəpəz” klubu futbol üzrə Azərbaycan Premyer Liqasının 2012/2013-cü il mövsümündə ilk qələbəsini qazanıb. Lent.az-ın məlumatına görə, öz meydanında “Qəbələ”yə 1:0 hesabı ilə qalib gələn qərblilər bununla da 5 oyunluq məğlubiyyət seriyasına son qoyub.

Ötən mövsümün son turunda da uduzan komanda cari mövsümün ilk 4 turunu xalsız başa vurmuşdu. “Kəpəz” sonuncu qələbəsini mayın 6-da “Turan” üzərində qazanmışdı – 2:1. Gəncəlilər ardıcıl 5 məğlubiyyətdən sonra gələn qələbəni 133 gün gözləməli olub. Klub tarixinin antirekordu olan startda 4 məğlubiyyət seriyası rəsmiləşib. Lakin “Kəpəz” ən gec qələbə qazandığı 2003/2004 və 2010/2011-ci il mövsümlərinin nəticəsini təkrarlanmağa qoymayıb. Həmin çempionatlarda “Kəpəz”in ilk qələbəsi müvafiq olaraq 11-ci və 7-ci oyunlarda qeydə alınmışdısa, bu dəfə artıq 5-ci turda ilk 3 xal əldə olunub.

12 klub, 12 stadion

Azərbaycan Premyer Liqasının V turu 2 stadionda mövsümün ilk matçlarının keçirilməsi ilə əlamətdar olub. Təmir işləri ilə əlaqədar uzun müddətdir çempionat oyunlarını qəbul etməyən “Şəfa” stadionu “İnter” – “Sumqayıt” görüşünə ev sahibliyi edib. “Rəvan” – “Simurq” matçının keçirildiyi “Bayıl Arena” isə ümumiyyətlə ilk dəfə Premyer Liqa qarşılaşmasına meydan olub.

Bu oyunlaradək Premyer Liqanın cari mövsümü 10 stadionda keçirilmişdi. Klublar Bakıda eyniadlı klubun təlim-məşq bazası, “AZAL Arena”, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu, “Dalğa Arena”da, həmçinin Gəncə, Qəbələ, Lənkəran, Sumqayıt, Tovuz və Zaqatala şəhər stadionlarında meydana çıxmışdılar. Bu siyahıya paytaxtın daha 2 arenasının əlavə olunması ilə 12 Premyer Liqa klubunun cari mövsüm yararlandığı arenaların sayı 12-yə çatıb.

“Simurq”dan məğlubiyyətsiz seriya

Zaqatalanın “Simurq” klubu məğlubiyyətsiz oyunlar seriyasını 10-a çatdırıb. V turda səfərdə “Rəvan”ın qapısına 2 cavabsız qol vuran “Simurq” ardıcıl 10-cu dəfə meydandan xalla ayrılıb. Baş məşqçi Georgi Çixradzenin komandası sonuncu dəfə ötən mövsüm aprelin 1-də keçirilən oyunda öz meydanında AZAL-a 1:2 hesabı ilə məğlub olub. Bundan sonra komanda ötən mövsümün son 6 və cari mövsümün ilk 4 turunda xalsız qalmayıb. 167 gündür uduzmayan komanda səfərdə daha inamlı təsir bağışlayır.

Çixradzenin baş məşqçi postuna gəlişindən sonra rəqib meydanlarında yenilməyən “Simurq” sonuncu dəfə 192 gün əvvəl “Qarabağ”la matçda meydanı məğlub tərk edib.

Qeyd edək ki, Zaqatala təmsilçisi ardıcıl 7-ci səfər oyununda uduzmur. Həmçinin, “Simurq” məğlub olmadığı son 10 oyunda 4 qələbə qazanıb və 6 heç-heçə edib.
# 884

Oxşar yazılar

"Mançester Yunayted"dəki gələcəyi ilə bağlı qərar verildi

"Mançester Yunayted"dəki gələcəyi ilə bağlı qərar verildi

3 may 2024 , 16:03
Mbappe Serxio Ramosun  Madriddə yaşadığı evi   almaq istəyir

Mbappe Serxio Ramosun Madriddə yaşadığı evi almaq istəyir

3 may 2024 , 14:46
Antonio Konte “Çelsi”yə  qayıda bilər

Antonio Konte “Çelsi”yə qayıda bilər

3 may 2024 , 13:40
Benzema Madridə  qayıdır

Benzema Madridə qayıdır

3 may 2024 , 11:49
Almaniyada çılpaq futbol  oynadılar

Almaniyada çılpaq futbol oynadılar

3 may 2024 , 10:08
Volkan Demirel istefa ərizəsini rəhbərliyə təqdim edib

Volkan Demirel istefa ərizəsini rəhbərliyə təqdim edib

3 may 2024 , 09:57
Konfrans Liqasında yarımfinal oyunları  keçirildi

Konfrans Liqasında yarımfinal oyunları keçirildi

3 may 2024 , 01:18
Avropa Liqası: "Bayer 04" klubu "Roma"nı məğlub etdi

Avropa Liqası: "Bayer 04" klubu "Roma"nı məğlub etdi

3 may 2024 , 01:06