“Qurban Qurbanov emosional halda istefadan danışıb” – MÜSAHİBƏ
17 sentyabr 2012 08:55 (UTC +04:00)

“Qurban Qurbanov emosional halda istefadan danışıb” – MÜSAHİBƏ

Ağdamın “Qarabağ” futbol klubunun direktoru Əmrah Çəlikəlin Lent.az-a müsahibəsi

- AZAL-a 2:6 hesablı məğlubiyyətdən sonra komandanızın baş məşqçisi Qurban Qurbanov istefa haqda rəhbərliklə danışacağını söyləyib. Onunla aranızda bu barədə söhbət olubmu?

- Həmin mətbuat konfransında mən də iştirak edirdim. Düşünürəm ki, Qurban müəllim bu sözləri emosional hisslər altında deyib. Əlbəttə, heç kim belə məğlubiyyət gözləmirdi. Baş məşqçimiz bizə istefa vermək fikrində olduğunu deməyib. Hətta belə bir müraciət edəcəyi halda, istefası qəbul olunmayacaq. Çünki biz Qurban müəllimlə uzun müddət əməkdaşlıq etmək niyyətindəyik.

- Qurbanov Azərbaycan millisində də çıxış edən Vüqar Nadirov, Əfran Nadirov və Vaqif Cavadovdan narazı qaldığını açıqlayıb. Bu futbolçulara qarşı hər hansı tədbir görməyi düşünmürsünüz?

- Komanda ilə bağlı bütün qərarlar baş məşqçinin səlahiyyətindədir. Qurban müəllim hansı addımı atacaqsa, biz də onu dəstəkləyəcəyik.

- Ümumiyyətlə, klub rəhbərliyi bu məğlubiyyəti necə qarşıladı?

- Əlbəttə, 2:6 hesabı ilə uduzmağımızdan çox məyus olduq. AZAL-la görüşə uğurlu nəticə üçün yollanmışdıq. Liderliyimizi davam etdirmək istəyirdik. Amma bir məğlubiyyət hər şeyin sonu deyil. Qarşıda uzun marafon var. Gələcək oyunlarda uğurlu çıxışlarımızla nəyə qadir olduğumuzu yenidən göstərəcəyik.

- Sentyabrın 22-dən oktyabrın 13-dək Azərbaycanda 17 yaşadək qızlar arasında keçiriləcək dünya çempionatı ilə əlaqədar Bakıdakı stadionların əksəriyyətində Premyer Liqanın oyunları olmayacaq. Bu zaman rəqiblərinizi Ağdamdakı Quzanlı Olimpiya Kompleksinin stadionunda qəbul edə bilməzsiniz?

- Biz artıq Ağdam məsələsini qapatmışıq. Əvvəllər ev oyunlarımızı keçirdiyimiz Quzanlı Olimpiya Kompleksinin stadionunun rəhbərliyindən çox razıyıq. Onlardan heç bir narazılığımız yoxdur. Bizə dəstək olan hər kəsə təşəkkür edirik. Amma bu mövsümdən həmin stadionda oynamamaq futbolçu heyəti və komanda rəhbərliyinin birgə qərarıdır. Artıq ev oyunları üçün əsas arena qismində Tofiq Bəhramov adına Respublika, ehtiyat meydan kimi isə Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionlarını sifariş etmişik.

- Ağdam rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqov bildirib ki, “Qarabağ” klubu Quzanlı stadionundakı şəraitdən heç vaxt ona narazılıq etməyib...

- Bəli, elədir. Dediyim kimi, həmin idman qurğusundan heç bir narazılığımız yoxdur. Yol yorğunluğu və buna bənzər digər səbəblərdən belə qərar verilib.

Elşən MƏMMƏDOV
# 1651

Oxşar yazılar

"Mançester Yunayted"dəki gələcəyi ilə bağlı qərar verildi

"Mançester Yunayted"dəki gələcəyi ilə bağlı qərar verildi

3 may 2024 , 16:03
Mbappe Serxio Ramosun  Madriddə yaşadığı evi   almaq istəyir

Mbappe Serxio Ramosun Madriddə yaşadığı evi almaq istəyir

3 may 2024 , 14:46
Antonio Konte “Çelsi”yə  qayıda bilər

Antonio Konte “Çelsi”yə qayıda bilər

3 may 2024 , 13:40
Benzema Madridə  qayıdır

Benzema Madridə qayıdır

3 may 2024 , 11:49
Almaniyada çılpaq futbol  oynadılar

Almaniyada çılpaq futbol oynadılar

3 may 2024 , 10:08
Volkan Demirel istefa ərizəsini rəhbərliyə təqdim edib

Volkan Demirel istefa ərizəsini rəhbərliyə təqdim edib

3 may 2024 , 09:57
Konfrans Liqasında yarımfinal oyunları  keçirildi

Konfrans Liqasında yarımfinal oyunları keçirildi

3 may 2024 , 01:18
Avropa Liqası: "Bayer 04" klubu "Roma"nı məğlub etdi

Avropa Liqası: "Bayer 04" klubu "Roma"nı məğlub etdi

3 may 2024 , 01:06