Almaniyada Heydər Əliyev adına Dünya kəməri uğrunda boks turniri başlayır
14 sentyabr 2012 15:17 (UTC +04:00)

Almaniyada Heydər Əliyev adına Dünya kəməri uğrunda boks turniri başlayır

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ağır çəkidə “Alman palıdı” ləqəbli Timo Hofmann və Stefan Kretchman Heydər Əliyev adını daşıyan Dünya kəməri uğrunda mübarizə aparacaqlar.

Turnir “Avrosport” telekanalı tərəfindən yayımlanacaq.

Qeyd edək ki, Heydər Əliyev adına Dünya Boks Komitəsi Almaniyanın Maqdeburq şəhərində soydaşımız Yaşar Niftəliyev Millinits tərəfindən yaradılıb. Komitənin məqsədi dünyada yaşayan idmançıları birləşdirmək, Heydər Əliyevin gənclərə və idmana dair tövsiyələrini yerinə yetirmək, başqa millətlərdən olan idmançılarla Avropada yaşayan soydaşlarımızla dostluq əlaqələrini möhkəmləndirmək, xalqımızın üçrəngli bayrağını uca tutub Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirmək, Heydər Əliyevin adını daşıyan Dünya kəmərlərini Dünyanın ən məşhur kəmərləri sırasına gətirməkdir.
# 831

Oxşar yazılar