26-cı “Böyük oyun” - STATİSTİKA
14 sentyabr 2012 12:37 (UTC +04:00)

26-cı “Böyük oyun” - STATİSTİKA

Lent.az-ın məlumatına görə, son illərin ən prinsipial rəqibləri “Xəzər Lənkəran”la “Neftçi” növbəti dəfə üz-üzə gələcək.

2004-cü ildə yaranan Lənkəran komandası indiyədək 25 dəfə “ağ-qaralar”la qarşılaşıb. Sentyabrın 15-dəki matçadək “Neftçi” ilə “Xəzər Lənkəran” 23 çempionat və 2 kubok qarşılaşmasında prinsipial matça çıxıb. 26-cı oyun ərəfəsində ümumi balansda tarazlıq hökm sürür. Daha çox heç-heçənin – 11 dəfə qeydə alındığı duellərdə “Neftçi” də, “Xəzər Lənkəran” da 7 qələbə qazanıb. Bakılıların 25 qoluna lənkəranlılar 22 dəfə cavab verib.

Çempionat çərçivəsində paytaxt təmsilçisi cüzi üstünlüyə malikdir. Cənub komandası 6 dəfə qalib gəldiyi rəqibinə 7 dəfə uduzub. Daha 10 heç-heçənin olduğu Premyer Liqa matçlarında top fərqi “Neftçi”nin tərəfindədir - 21:17. Bakıdakı görüşlərdə 4 dəfə “Neftçi”, 2 dəfə “Xəzər Lənkəran” qalib gəlibsə, 5 heç-heçə qeydə alınıb.

* “Xəzər Lənkəran”ın 96 futbolçusu “Neftçi”yə qarşı oynayıb.

* 96 futbolçudan 16-sı həm çempionat, həm kubokda bu həyəcanı yaşayıb. Digər 80 oyunçu yalnız 1 yarışda “Böyük oyun”un iştirakçısı olub.

* Alim Qurbanov hamıdan çox – 8 mövsümdə “Böyük oyun”un iştirakçısı olub. O, 2004/2005-ci il mövsümündən başlayan rəqabətin hər mövsümündə heç olmasa 1 matçda “Neftçi”yə qarşı oynayıb. Rahid Əmirquliyev 6 mövsümdə bu duellərin həyəcanını yaşayıb.

* Lakin Rahid Əmirquliyev hamıdan çox – 19 dəfə “Neftçi”yə qarşı oynayıb. Bu dəfə o, yubiley – 20-ci dəfə “Böyük oyun”da oynayacaq. Kamran Ağayev – 15, Alim Qurbanov – 12, Radomir Todorov 11, Rəşad Abdullayev, həmçinin Emeka Opara hərəyə 10 “Böyük oyun”a “ağ-yaşıl” formada çıxıb.

* 31 futbolçu isə cəmi 1 qarşılaşmada “ağ-yaşıl” komandaya kömək edib.

* Rahidlə Kamran “Böyük oyun”larda 1000-dən artıq dəqiqə keçirib. Əmirquliyev 1370, Ağayev isə 1350 dəqiqə ərzində bu həyəcanı yaşayıb. 975 dəqiqəsi olan Radomir Todorov 1000-i bu matçda keçə bilər.

* “Xəzər Lənkəran”ın “Neftçi”nin qapısına vurduğu 22 qola 17 futbolçu imza atıb. Daha bir dəfə rəqib avtoqola üzülüb.

* “Xəzər Lənkəran”ın heyətində Julius Vobay hamıdan çox – 3 dəfə indi oynadığı “Neftçi”ni məyus edib. Uinston Parks, Zaur Ramazanov və Rəşad Abdullayev isə hərəyə 2 dəfə “ağ-qaralar”ı qolla məyus edib. Rahid Əmirquliyev, Andrey Mureşan, Alim Qurbanov, Adrian Skarlatake, İvan Svetkov, Mahmud Qurbanov, İlqar Qurbanov, Oqtay Dərəlioğlu, Rikardo Qomeş, Xaqani Məmmədov, Ceyhun Sultanov, Əhməd Dursun və Alexandro Ruiz 1 dəfə fərqlənib.

* “Böyük oyun”larda “Xəzər Lənkəran”ın 40 futbolçusu vərəqə ilə cəzalanıb. Onlar ümumilikdə 63 dəfə qarşısında vərəqə görüb. Emin Quliyev və Elnur Allahverdiyev hamıdan çox – 4, Oqtay Dərəlioğlu və Elnur Abdullayev 3 dəfə cəzalanıblar.

* “Xəzər Lənkəran” “Böyük oyun”larda 2 dəfə qırmızı vərəqə ilə cəzalanıb. 2007/2008-ci il mövsümündə I dövrənin Lənkərandakı görüşünün 88-ci dəqiqəsində Emin Quliyev meydandan qovulub. 2009/2010-cu il mövsümündə final mərhələsinin I dövrəsinin yenə Lənkərandakı görüşündə isə qırmızı vərəqə Ruslan Poladova göstərilib. Lakin o, meydandan deyil, texniki zonadan qovulub. Çünki Poladov qırmızı vərəqəni ehtiyatda oturaraq alıb.

* “Xəzər Lənkəran”ı əvvəlki 25 matça 7 baş məşqçi çıxarıb. Ardıcıl 3-cü dəfə “Böyük oyun”un iştirakçısı olacaq Yunis Hüseynov əvvəlki 2 dueldən məğlubedilməz ayrılıb.

“Xəzər Lənkəran”ın “Böyük oyun”lardakı baş məşqçiləri

Mirça Rednik 8 3 4 1 9-11 13
Ağasəlim Mircavadov 8 2 4 2 3-3 10
Yunis Hüseynov 2 1 1 0 2-1 4
Rasim Kara 4 1 1 2 5-5 4
Viktor Pasulko 1 0 1 0 2-2 1
İqor Ponomaryov 1 0 0 1 1-2 0
Şenol Fidan 1 0 0 1 0-1 0
Cəmi 25 7 11 7 22-25 32

“Xəzər Lənkəran” – “Neftçi”: Bütün oyunlar

Azərbaycan çempionatı

2004/2005

08.12.2004. “Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Oktay Dərəlioğlu – Emin Quliyev

11.05.2005. “Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Zaur Tağızadə (2) – İlqar Qurbanov

“Qızıl oyun”

10.06.2005 “Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Ruslan Abbasov, Zaur Tağızadə - Alim Qurbanov

2005/2006

18.12.2005. “Xəzər Lənkəran” – “Neftçi” – 0:1
Nadir Nəbiyev

30.05.2006. “Neftçi” – “Xəzər Lənkəran” – 2:2
Branimir Subaşiç, Svetoslav Stefanov – Mahmud Qurbanov, Xaqani Məmmədov

2006/2007

11.08.2006. “Xəzər Lənkəran” – “Neftçi” – 2:1
Zaur Ramazanov (2) – Svetoslav Stefanov

16.02.2007. “Neftçi” – “Xəzər Lənkəran” – 1:0
Vadim Borets

2007/2008

10.11.2007. “Xəzər Lənkəran” – “Neftçi” – 0:1
Georgi Adamiya

11.05.2008. “Neftçi” – “Xəzər Lənkəran” – 0:1
Rəşad Abdullayev

2008/2009

19.10.2008. “Xəzər Lənkəran” – “Neftçi” – 2:0
İvan Svetkov, Rəşad Abdullayev

12.04.2009. “Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Zaur Tağızadə, Əli Cansun – Əhməd Dursun

2009/2010

İlkin mərhələ
08.11.2009. “Xəzər Lənkəran” – “Neftçi” – 0:0

17.02.2010. “Neftçi” – “Xəzər Lənkəran” – 0:0

Final mərhələsi
27.03.2010. “Xəzər Lənkəran” – “Neftçi” – 0:0

01.05.2010. “Neftçi” – “Xəzər Lənkəran” – 0:0

2010/2011

İlkin mərhələ
25.09.2010. “Xəzər Lənkəran” – “Neftçi” – 1:0
Dieqo Ruiz

13.02.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 0:0

Azərbaycan kuboku, 1/4 final

03.03.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 3:4
Flavio Aleks Valensio (2), Slavko Georgiyevski - Uinston Parks, Manuel Skarlatake, Julius Vobay, Andrei Mureşan

08.03.2011. “Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Uinston Parks - Flavio Aleks Valensio

Azərbaycan çempionatı
Final mərhələsi


18.03.2011. “Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Julius Vobay - Rodriqo Sezar Kastro

18.05.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 1:1
Cavid İmamverdiyev - Julius Vobay

2011/2012

İlkin mərhələ
10.09.2010. “Xəzər Lənkəran” – “Neftçi” – 1:0
Ruslan Abışov - öz qapısına

06.11.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 5:0
Flavio Aleks Valensio, 19; 33; Bahodir Nasimov, 68; 80; Fərid Quliyev, 90+1

Final mərhələsi

24.03.2012. “Neftçi” – “Xəzər Lənkəran” – 1:1
Ruslan Abışov, 26 - Rahid Əmirquliyev, 55

22.04.2010. “Xəzər Lənkəran” – “Neftçi” – 1:0
Rikardo Qomeş, 52
# 1830

Oxşar yazılar