Skolari qovuldu
14 sentyabr 2012 10:58 (UTC +04:00)

Skolari qovuldu

Braziliyanın “Palmeyras” futbol klubunun baş məşqçisi Luis Felipe Skolari istefaya göndərilib. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 64 yaşlı mütəxəssislə anlaşma qarşılıqlı razılıq əsasında pozulub.

Skolaridən əlavə, köməkçisi Flavio Murtos da postu ilə vidalaşıb. 2012-ci ildə “Palmeyras” Braziliya Kubokunu əldə edib. Bu, klubun 1999-cu ildə qazandığı Libertadores Kubokundan sonra ilk mükafatı olub. Hazırda isə “Palmeyras” aşağı liqaya enmə təhlükəsi ilə üzləşib. Komandanı autsayderlərdən 7 xal ayırır.

Qeyd edək ki, Luis Felipe Skolari 2002-ci ildə Braziliya milli komandasına dünya çempionluğu qazandırıb. Sonradan o, Portuqaliya yığması və İngiltərənin “Çelsi” və Özbəkistanın “Bunyodkor” komandalarının baş məşqçisi olub.
# 1066

Oxşar yazılar