Azərbaycan Premyer Liqası: Ən prinsipial oyunun baş hakimi açıqlandı
13 sentyabr 2012 19:27 (UTC +04:00)

Azərbaycan Premyer Liqası: Ən prinsipial oyunun baş hakimi açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun oyunlarına hakim təyinatları açıqlanıb. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, “Bakı” və “Turan” komandaları arasında keçiriləcək turun açılış matçı FİFA referisi Vüsal Əliyevə həvalə olunub.

Ertəsi gün ən prinsipial rəqiblər “Neftçi” və “Xəzər Lənkəran” arasında baş tutacaq qarşılaşmaya digər beynəlxalq dərəcəli futbol hakimi Fariz Yusifov təyinat alıb. Daha bir FİFA referisi Anar Salmanov isə “Rəvan” – “Simurq” görüşünə göndəriləcək.

Əvəzində hazırda turnir cədvəlinin ilk 2 pilləsində yer alan AZAL-la “Qarabağ” arasındakı oyun gənc referi Əliyar Ağayevə tapşırılıb.

14 sentyabr (cümə)

20:00. “Bakı” – “Turan” (Tovuz)
Hakimlər: Vüsal Əliyev, Zeynal Zeynalov, İsgəndər Əliyev, Orxan Məmmədov
“Bakı” klubunun təlim-məşq bazasının stadionu.

15 sentyabr (şənbə)

17:00. “Kəpəz” (Gəncə) - “Qəbələ”
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, İnqilab Məmmədov
Gəncə şəhər stadionu.

17:00. “Neftçi” (Bakı) – “Xəzər Lənkəran”
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, İlham Əliyev, Fuad Həsənov
Bakı, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

18:00. “İnter” (Bakı) – “Sumqayıt”
Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Coşqun Həsənov, Fərid Məmmədov
Bakı, “Şəfa” stadionu.

19:00. “Rəvan” (Bakı) – “Simurq” (Zaqatala)
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Ramiz Əsədov, Rəhim Həsənov
Bakı, “Bayıl Arena”.

16 sentyabr (bazar)

18:30. AZAL (Bakı) – “Qarabağ” (Ağdam)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov
“AZAL Arena”.
# 896

Oxşar yazılar