Bir çox it sahiblərini itlərinin yuxu görüb görməməsi maraqlı gəlir.
Lent.az xəbər verir ki, elmi sübutlar itlərin yuxu gördüyünü təsdiq edir. Mütəxəssislər itlərlə insanların yuxu dövrlərinin olduqca oxşar olduqlarını bildirir.
Onların sözlərinə görə, insanlarda yuxu zamanı baş verən elektrik aktivliyi itlərdə də müşahidə olunur. Buna görə də onların yuxu görmə ehtimalı yüksəkdir.
İtinizin yuxu gördüyün göstərən bəzi əlamətlər aşağıdakılardır:
Gözlər bağlıykən sürətli irəli-geri hərəkət etməsi;
Sürətli, nizamsız və dayaz nəfəs alma;
Əzələlərin bükülməsi və pəncələrin hərəkət etməsi;
Hürərək, müxtəlif səslər çıxartması.