İsti havalarda pişiklərə  necə kömək etmək lazımdır?
24 aprel 2024 00:49 (UTC +04:00)

İsti havalarda pişiklərə necə kömək etmək lazımdır?

Pişiklər istiliyi sevirlər. İsti olmayan havalarda belə günlərlə günəşin altında qalmağa çalışırlar. Ancaq bu o demək deyil ki, onlar daim isti havalarda günəşin altında dayana bilər. 

Lent.az xəbər verir ki, isti havalarda ev heyvanlarının davranışına diqqət etmək lazımdır. 

Pişiklər çox isti olan zaman az hərəkət etməyə başlayırlar. 

Əgər onun ürəyində problem və ya artıq çəkisi varsa işin ciddiliyi daha da artır. 6 yaşdan yuxarı bir pişiklər, eləcə də uzun saçlı cins pişikdirsə problem daha da pisləşə bilər. Bədən istiliyi aşağı düşərsə, o zaman pişiyi isitmək və ya yüksəlirsə sərinlətmək lazımdır.

Bu zaman pəncələrə tətbiq olunan dəsmal və ya soyuducu kompres onlara kömək edə bilər. Yox, əgər nəbz azalır və qusma halları baş verirsə, baytarla əlaqə saxlamaq məsləhətdir. 

Ev heyvanınızın təmiz su ilə təmin etsəniz və onu müntəzəm olaraq dəyişdirsəniz, problemlərdən qaça bilərsiniz.

Onu da qeyd edək ki, heyvanlara qulluq yalnız bir mütəxəssislə məsləhətləşdikdən sonra edilə bilər.
 

# 1866
avatar

Sevinc Fərid

Oxşar yazılar