Zəngilanda çox sayda silah-sursat AŞKARLANDI
13 noyabr 2021 11:19 (UTC +04:00)

Zəngilanda çox sayda silah-sursat AŞKARLANDI

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Ağakişilər kəndi ərazisində keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində meşəlik ərazidə düşmənin atıb qaçdığı xeyli silah-sursat aşkar ediblər:

“Polis əməkdaşları 3 avtomat, 1 pulemyot, 89 qumbara və alışdırıcıları, 42 qumbaraatan mərmisi, 11 "Qrad" mərmisi, 16 daraq, 10 mindən artıq müxtəlif çaplı güllələr və digər döyüş sursatları götürərək aidiyyəti üzrə təhvil veriblər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1478

Oxşar yazılar