Zaqatala rayonu Muxax kəndi ərazisində 21 yaşlı Əhməd Matiyev və 50 yaşlı Rəhim Laçınovun idarə etdiyi 2 “Mercedes” toqquşub.
Lent.az həmin hadisədə xəsarət alanların adlarını açıqlayır:
1. Zaqatala rayon Muxax kənd sakini- 1975 təvəllüd Laçınov Rəhim Laçın oğlu
2. Həmin nəqliyyat vasitəsindəki sərnişin - Muxax kənd sakini- 1998- Süleymanov Fuad Fazil oğlu.
***
15:41
Zaqatala minik avtomobilləri toqquşub, xəsarət alanlar var.
Lent.az-ın məlumatına görə, hadisə Qax-Zaqatala avtomobil yolunun Muxax kənd ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan iki “Mersedes” markalı minik avtomobili toqquşub.
İlkin məlumata götə, qəza zamanı xəsarət alan üç nəfər Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib.
Hazırda yaraılılara tibbi yardım göstərilir və şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.