Zaqatalada məktəbi  su basdı, dərslər dayandı -  YENİLƏNİB   -  VİDEO
14 may 2024 15:54 (UTC +04:00)

Zaqatalada məktəbi su basdı, dərslər dayandı - YENİLƏNİB - VİDEO

Zaqatalada orta məktəbi su basıb. 

Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Mahal Məmmədov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, aramsız yağan güclü yağışlar nəticəsində dam örtüyündə cari təmir işləri gedən Zaqatala rayon Lahıc kənd tam orta məktəbinin bir neçə sinif otaqları və məktəbin dəhlizi yağış suları dolmasına səbəb olub:

"Qeyd olunan məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin yerli bölməsinin əməkdaşları məktəblərdə olub, vəziyyətlə bağlı ilkin təhlükəsizlik tədbirləri görülüb. İlkin təhlükəsizlik tədbirlərinin təmin olunması ilə yanaşı, hava şəraiti imkan verən kimi, dam örtüyünün yenilənməsi işləri başa çatdırılacaq".

***

14:48

Zaqatalada orta məktəbi su basıb. 

Yerli sakinlərin Lent.az-a verdiyi məlumata görə, rayona yağan yağışlar qəzalı vəziyyətdə olan Lahıc kənd orta məktəbində dərsləri keçilməz edib. 

Belə ki, bu gün məktəbə o qədər su damıb ki, kollektiv dərsləri dayandırmağa qərar veriblər. 

Sakinlər bildirir ki, hər yağış yağanda bu vəziyyətlə üzləşirlər: 

"Uzun illərdir məktəbimiz qəzalı vəziyyətdədir. Hər dəfə gəlib baxırlar, deyirlər yeni məktəb tikiləcək, lakin tikmirlər. Bizdən sonra qonşu kəndlərin hamısında yeni məktəblər tikiblər. Lakin bizim bu halımıza acıyan yoxdur".

Məsələ ilə bağlı saytımız tərəfindən Şəki Regional Təhsil İdarəsinə sorğu göndərilib. Cavabı sizlərə də təqdim edəcəyik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17608

Oxşar yazılar

Güclü külək paytaxtda fəsadlar törətdi-FOTO

Güclü külək paytaxtda fəsadlar törətdi-FOTO

9 aprel 2025 , 02:19
Ərini baltalayan  üç uşaq anası azadlığa buraxıldı

Ərini baltalayan üç uşaq anası azadlığa buraxıldı

8 aprel 2025 , 23:15
Anar Abdulla cinayət məsuliyyətinə  cəlb olundu

Anar Abdulla cinayət məsuliyyətinə cəlb olundu

8 aprel 2025 , 22:54
Bakıda kişi özünü asdı

Bakıda kişi özünü asdı

8 aprel 2025 , 19:29
Edamlar son 10 ilin  ən yüksək səviyyəsinə   çatıb

Edamlar son 10 ilin ən yüksək səviyyəsinə çatıb

8 aprel 2025 , 19:01
Kamran Əliyev Xanlar Vəliyevi yola saldı - YENİLƏNİB

Kamran Əliyev Xanlar Vəliyevi yola saldı - YENİLƏNİB

8 aprel 2025 , 18:36
Gəncədə 2 nəfərin meyiti  tapıldı - YENİLƏNİB

Gəncədə 2 nəfərin meyiti tapıldı - YENİLƏNİB

8 aprel 2025 , 17:51
Bulvarda dənizdən meyit tapıldı

Bulvarda dənizdən meyit tapıldı

8 aprel 2025 , 16:19