Mustafa Yusif oğlu Süleymanov
21 sentyabr 2022 17:40 (UTC +04:00)

Mustafa Yusif oğlu Süleymanov

Zaqatalada maşını aşıran sürücü öldü - FOTO

Zaqatalada ölümlə nəticələnən yol qəzası olub.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndindən keçən hissəsində qeydə alınıb. Rayon sakini, 39 yaşlı Mustafa Yusif oğlu Süleymanovun idarə etdiyi “Opel Zafira” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca dəyib, daha sonra bağa aşıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

# 16761
avatar

Oxşar yazılar