Zaqatalada 69 yaşlı kişini maşın vurub öldürdü
15 avqust 2024 08:06 (UTC +04:00)

Zaqatalada 69 yaşlı kişini maşın vurub öldürdü

Zaqatalada 69 yaşlı piyadanı maşın vurub öldürüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə avqustun 14-ü axşam saat 21 radələrində Zaqatala şəhəri, Eldar Ağayev küçəsində baş verib.

1989-cu il təvəllüdlü Cavid Ziyavəddin oğlu Dibirov idarə etdiyi “VAZ 2103” markalı minik avtomobili ilə hərəkətdə olarkən piyada 1955-ci il təvəllüdlü rayonun Yuxarı Tala kənd sakini Əli Nəcməddin oğlu Əliyevi vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Ə. Əliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib.

Ə. Əliyev xəstəxanaya daxil olduqdan bir-neçə saat sonra həyatını itirib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4701
avatar

Oxşar yazılar