Zaqatala sakinləri Şəkidə qəzaya düşdü: 2 ölü, 1 yaralı
19 mart 2025 12:27 (UTC +04:00)

Zaqatala sakinləri Şəkidə qəzaya düşdü: 2 ölü, 1 yaralı

Zaqatala sakinləri Şəkidə qəzaya düşüb.

Lent.az xəbər verir ki, hadisə bu gün saat 09 radələrində Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəki rayonunun Suçma kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.  

Həmin ərazidə VAZ-2106” və “Mercedes” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində “VAZ”dakı sərnişin, Zaqatala rayon sakini, 1977-ci il təvəllüdlü Vüqar Ramazanov və “Mercedes”in sürücüsü, 1992-ci il təvəllüdlü Şəki şəhər sakini Allahyar Qəhrəmanov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

“VAZ-2106”nın sürücüsü, Zaqatala sakini, 43 yaşlı Qəşəm Mustafazadə isə xəsarət alıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11955

Oxşar yazılar