Masallıda yol polisi postunda motosikleti yandırdı,  həbs olundu
30 oktyabr 2025 10:43 (UTC +04:00)

Masallıda yol polisi postunda motosikleti yandırdı, həbs olundu

0

Masallıda motosikleti yandıran şəxs həbs olunub.

Lent.az-ın məlumatına görə, hadisə Ələt-Astara yolunun 143-cü kilometrliyində, Masallı rayonunun Sərçuvar kəndi ərazisində qeydə alınıb.

20 yaşlı Fərahim İbadov (ad və soyad şərtidir) əmisinin motosikletini götürərək, yola çıxıb. Lakin onun sürücülük vəsiqəsi və etibarnaməsi, eləcə də nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı olmayıb.  Buna görə də o, yol polisləri tərəfindən saxlanılıb. Sürücüyə motosikletin duracağa yerləşdirilməsi barədə məlumat verilib və nəqliyyat vasitəsi posta aparılıb.

Burada Fərahim əsəbiləşərək, duracağın girişində benzin şlanqını çıxarıb və motosikletə od vurub. Nəticədə motosiklet yanaraq, kül olub.

Bu əməlinə görə, Fərahim İbadov barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis və ya hərbçinin qanuni tələbinə tabe olmamaq) maddələrilə protokol tərtib olunub.

Masallı rayon Məhkəməsində hakim Elşən Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Fərahim İbadov barəsində 8 gün müddətinə inzibati həbs cəzası təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 584

Oxşar yazılar