Yalan vədlər verən "vəzifəli" HƏBS EDİLDİ
08 aprel 2022 17:26 (UTC +04:00)

Yalan vədlər verən "vəzifəli" HƏBS EDİLDİ

Biləsuvarda dələduz saxlanılıb.

Biləsuvar rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Aşağı Cürəli kənd sakini Elman Nuriyevin qanunsuz əməlləri barədə rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciətləri əsasında araşdırma aparılıb.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, 2021-ci il avqustun 24-dən “DOST İş Mərkəzi” MMC-də ictimai işlərə cəlb olunmuş Elman Nuriyevin özünü Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin işçisi kimi, yəni özünü vəzifəli şəxs kimi təqdim edib.

Onun dövlət özünəməşğulluq proqramı çərçivəsində iş və ünvanlı dövlət sosial yardımla təmin edəcəyi barədə yalan vədlər verməklə 29 nəfərdən ümumilikdə 16 min manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, eyni zamanda həmin şəxsləri rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanıb.

Elman Nuriyeva Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

# 2550
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

İntihara cəhd edən Dilarədən ETİRAF

İntihara cəhd edən Dilarədən ETİRAF

18 may 2024 , 14:27
Dələduzluğa görə axtarışda olanlar tutuldu

Dələduzluğa görə axtarışda olanlar tutuldu

18 may 2024 , 14:21
Sumqayıtda itkin düşən ana və 2 övladı  tapıldı

Sumqayıtda itkin düşən ana və 2 övladı tapıldı

18 may 2024 , 13:46
Tərtərdə qız öz evindən  oğurluq etdi

Tərtərdə qız öz evindən oğurluq etdi

18 may 2024 , 13:15
Lökbatanda "Prius" "KamAZ"la  toqquşdu: 1 ölü, 4 yaralı

Lökbatanda "Prius" "KamAZ"la toqquşdu: 1 ölü, 4 yaralı

18 may 2024 , 12:24
Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

18 may 2024 , 12:19
Bakıda itkin düşənlər tapıldı

Bakıda itkin düşənlər tapıldı

18 may 2024 , 12:00
Nohur göl daşdı, istirahət mərkəzinə ziyan dəydi

Nohur göl daşdı, istirahət mərkəzinə ziyan dəydi

18 may 2024 , 11:42