Xırdalanda bir nəfəri aldadıb  20 mindən çox pulunu aldılar
09 sentyabr 2023 16:25 (UTC +04:00)

Xırdalanda bir nəfəri aldadıb 20 mindən çox pulunu aldılar

Abşeron sakininə qarşı külli miqdarda dələduzluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, faktla əlaqədar Abşeron rayon Polis İdarəsinin əməkdaşları əməliyyat tədbiri keçiriblər.

Nəticədə iyulun 9-da Xırdalan şəhər sakini olan bir nəfəri aldadaraq dələduzluq yolu ilə bank hesabına 23500 manat ödətdirməkdə şübhəli bilinən Cəbrayıl rayon sakini E.Rəhimzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7072

Oxşar yazılar