Yol qırğını davam edir: 5 ölü, 13 yaralı
24 oktyabr 2013 10:58 (UTC +04:00)

Yol qırğını davam edir: 5 ölü, 13 yaralı

Oktyabrın 23-də Azərbaycanda baş vermiş yol qəzalarında 5 nəfər dünyasını dəyişib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, ölkə ərazisində gün ərzində 13 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalarda 5 nəfər dünyasını dəyişib, daha 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Ən ağır yol qəzası Xaçmaz rayonunda baş verib. Yük maşını, traktor və minik avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, daha bir neçə nəfər isə yaralanıb.

 

Hər bir hadisə ilə bağlı araşdırma aparılır.

 

 

Nizam

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1340

Oxşar yazılar