Yasamalda yol qəzası: xəsarət alan var - <span style="color:red;">YENİLƏNİB
15 aprel 2014 10:38 (UTC +04:00)

Yasamalda yol qəzası: xəsarət alan var - YENİLƏNİB

Yasamal rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsində sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib.

 

APA-nın xəbərinə görə, qəza nəticəsində "Lexus" və "Nissan X-Trail" markalı avtomobillər toqquşub.

 

Nəticədə "Lexus"un sürücüsü xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Ayaq və baş nahiyəsindən xəsarət alan sürücü 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

 

Qəza ilə bağlı araşdırma aparan Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsinin əməkdaşlarının APA-ya verdikləri məlumata görə, qəzaya "Lexus"un sürücüsü səbəb olub. Belə ki, o hərəkət zolağında qoşa xəttin tələbini pozaraq "Nissan"ın yoluna çıxıb. Toqquşma nəticəsində avtomobillərə ciddi ziyan dəyib. "Lexus" və "Nissan" yarasız vəziyyətə düşüb.

 

Qəza ilə bağlı  Abbasqulu Ağa Bakıxanov küçəsində tıxac meydana gəlib. Toqquşan avtomobillər evakuatorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırıldıqdan sonra yolda nəqliyyatın hərəkəti normala qayıdıb.

 

Faktla bağlı Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1147

Oxşar yazılar