Xətaidə “Mercedes” güzgülərini oğurlayanlar tutuldu
23 may 2014 10:50 (UTC +04:00)

Xətaidə “Mercedes” güzgülərini oğurlayanlar tutuldu

0

Bakıda oğurluqla məşğul olan şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Xətai RPİ CAŞ və34-cü PB-nn keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Mehrac Hüseynov və Camal Namazov tutulublar. Məlum olub ki, onlar mayın 20-nə keçən gecə Qaçaq Nəbi küçəsində Anar Abdullayevə, Nazim Kazımova, Elçin Rüstəmova və Elvin Rüstəmova məxsus «Mercedes» markalı avtomobillərin yan güzgülərini oğurlayıblar.

 

Araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 475

Oxşar yazılar