Xaçmazda zəncirvari qəza: 2 ölü, 2 yaralı- YENİLƏNİB
24 oktyabr 2013 10:17 (UTC +04:00)

Xaçmazda zəncirvari qəza: 2 ölü, 2 yaralı- YENİLƏNİB

Oktyabrın 23-ü axşam saatlarında Xaçmaz rayonunda baş verən qəzada ölənlərin şəxsiyyəti müəyyənləşib.


 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəzada dünyasını dəyişənlər “Moskviç”in sürücüsü Yaşar Kərimov və sərnişini Əlisman Musayevdir.

 

***

 

saat 00:36

 

Oktyabrın 23-də axşam saatlarında Xaçmaz rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qaraçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

“KamAZ” markalı yük maşını traktorla toqquşub, traktor isə “Moskviç” markalı avtomobilə dəyib. Qəza nəticəsində iki nəfər ölüb, 2 nəfər müxtəlif bədən xəsarətləri alıb. Xəsarət alanlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Xəsarət alanlar -1966-cı il təvəllüdlü Quliyev Yaqub Əlif oğlu və 1989-cu il təvəllüdlü Muradov Alı Hüseyn oğlunun vəziyyəti orta ağırdır.

 

Hələlik qəzada ölənlərin  adlarını dəqiqləşdirmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

 


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1630

Oxşar yazılar