Xaçmazda məscidin bağlanmasının səbəbi açıqlandı
17 mart 2014 12:53 (UTC +04:00)

Xaçmazda məscidin bağlanmasının səbəbi açıqlandı

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Xaçmaz şəhərində məscidin bağlandığını açıqlayıb.


 

Komitənin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, “Təzə şəhər” məscidi “Təzə şəhər” dini icması tərəfindən müvəqqəti bağlı elan olunub.

 

Bildirilir ki, məscidin müvəqqəti bağlanması təmir işlər ilə əlaqədardır: “Hazırda icmanın özü tərəfindən məsciddə təmir işləri aparılır”.

 

Qeyd edək ki, bir qrup dini təriqət nümayəndələri Xaçmaz “Təzə şəhər” məscidinin təmirə bağlanmasını məzhəb ayrı-seçkiliyi və sünnilərə qarşı təzyiq kimi qələmə verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 938

Oxşar yazılar