Xaçmazda iki maşın toqquşub: xəsarət alan var - <span style="color:red;">YENİLƏNİB
13 aprel 2014 11:23 (UTC +04:00)

Xaçmazda iki maşın toqquşub: xəsarət alan var - YENİLƏNİB

 Aprelin 12-i axşam saatlarında Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Hadisə Gəndob-Yalama yolunun Xaçmazın Çarxı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1957-ci il təvəllüdlü Mübariz Məlikovun idarə etdiyi “VAZ 21099” markalı 27 BE 599 dövlət nömrə nişanlı avtomaşınla Xaçmaz Suvarma Sistemləri İdarəsinə məxsus, Xaçmaz şəhər sakini 1955-ci il təvəllüdlü  Xasməmməd Qədirovun idarə etdiyi “Hyundai” markalı 27 AA 168 dövlət qeydiyyatlı maşın toqquşub.

 

Qəza nəticəsində “Vaz 21099” –nın sürücüsü xəsarət alıb. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım aldıqdan sonra sürücü ambulator müalicə üçün evə buraxılıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.  

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 749

Oxşar yazılar