Vəzifəli şəxs yol qəzasında öldü, xanımı ağır yaralıdır
09 iyul 2018 17:32 (UTC +04:00)

Vəzifəli şəxs yol qəzasında öldü, xanımı ağır yaralıdır

Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş vetib. 

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 15:00 radələrində Qəbələ şəhərinin 28 May küçəsində qeydə alınıb. 

 

Qəbələ şəhər sakini, Məmmədov Elçin Qüdrət oğlu 99-DK-409 dövlət nömrə nişanlı, "Hyundai Sonata" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və avtomobil yol kənarındakı beton hasara çırpılıb.

 

 

Hadisə zamanı sürücü Elçin Məmmədov aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib. Onun həyat yoldaşı Məmmədova Reyhan Səhrab qızı ağır bədən xəsarətləri aldığı üçün Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Məlumata görə, Elçin Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinin əməkdaşıdır.


Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 505

Oxşar yazılar

Lənkəranda yük və minik avtomobilləri toqquşdu-FOTO

Lənkəranda yük və minik avtomobilləri toqquşdu-FOTO

22 iyun 2025 , 15:32
Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

22 iyun 2025 , 14:25
Ramanada sursat aşkarlandı-VİDEO

Ramanada sursat aşkarlandı-VİDEO

22 iyun 2025 , 11:45
Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

22 iyun 2025 , 10:49
Bakıda yataqxanada yanğın oldu

Bakıda yataqxanada yanğın oldu

22 iyun 2025 , 10:08
Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

22 iyun 2025 , 00:35
Sumqayıtda kişi meyiti tapıldı

Sumqayıtda kişi meyiti tapıldı

21 iyun 2025 , 22:46
Cəlilabadda ağır qəza, bir nəfər öldü

Cəlilabadda ağır qəza, bir nəfər öldü

21 iyun 2025 , 20:12