Müğənni Rəqsanə İsmayılovanın vəkili Xalid Bağırov açıqlama verib. Lent.az-ın məlumatına görə, vəkili Rəqsanə İsmayılovanın axtarışa verilməsi ilə bağlı məlumatın düzgün olmadığını söyləyib.
Vəkil deyib ki, Rəqsanənin axtarışa verilməsi ilə bağlı mətbuatda məlumat yayılandan sonra Bakının Suraxanı, Nərimanov, Xətai və Nizami rayon Məhkəmələri ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, müğənninin axtarışa verilməsi ilə bağlı məhkəmə qərarının olmadığı məlum olub.
Xalid Bağırov bildirib ki, Rəqsanə İsmayılovanın istintaqa çağırılması ilə bağlı müstəntiqin polisə göndərdiyi məktub var. Həmin məktubla şəxs haqqında axtarış verilə bilməz. Vəkil qeyd edib ki, həmin məktub istintaqa məcburi gətirilmə haqqında qərardır:
“Müstəntiqə Rəqsanə lazım olsaydı, mənə zəng edərdi. Mən də Rəqsanəni gətizdirərdim. Daha bu qədər səs-küy salmağa əsas yox idi”.
Vəkil həmçinin bildirib ki, Rəqsanə İsmayılova Bakı şəhər Baş Polis İdarəsində başlanan cinayət işində şahid qismində keçir. Onun sözlərinə görə, həmin cinayət işində Rəqsanə İsmayılova təqsirləndirilən şəxs qismində cəlb edilməyib:
“Rəqsanə də işi ilə bağlı Rusiyaya gedib. Burada səs-küy salıblar ki, Rəqsanə qaçıb, Rəqsanə heç bir yerə qaçmayıb. İşi ilə bağlı Rusiyadadır”.
Xalid Bağırov bildirib ki, istintaqı aparılan işdə cinayət tərkibi yoxdur. Onun sözlərinə görə, həm Təranə Səmədova, həm də Faiq Azayevlə olan məsələ mülki qaydada məhkəmədə həll olunan məsələdir.
Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsinin yaydığı məlumata görə, müğənni Rəqsanə İsmayılovanın tutulması istiqamətində işlər aparılır.
Qeyd olunub ki, Rəqsanə İsmayılova barəsində Suraxanı Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə axtarışa verilib. Hazırda Rəqsanə İsmayılovanın tutulması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Vəkil Rəqsanənin məsuliyyətə cəlb olunması xəbərindən danışdı
Oxşar yazılar

Yük maşını çobanı vurdu, qoyunları tələf etdi
22 iyun 2025 , 19:35
Lənkəranda yük və minik avtomobilləri toqquşdu-FOTO
22 iyun 2025 , 15:32
Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü
22 iyun 2025 , 14:25
Ramanada sursat aşkarlandı-VİDEO
22 iyun 2025 , 11:45
Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı
22 iyun 2025 , 10:49
Bakıda yataqxanada yanğın oldu
22 iyun 2025 , 10:08
Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO
22 iyun 2025 , 00:35