Güney Azərbaycanda türk dili milli rəqslərini öyrədilməsi ilə bağlı özəl kurslar təşkil edilir. Belə yerlərin fəaliyyət göstərməsini də Tehran hakimiyyət çox görür.
Lent.az-ın «oyannews»-a istinadən məlumatına görə, Təbrizdə idman klublarından biində fəaliyyət göstərən milli rəqs kursu polis tərəfindən qapadılıb.
«İran polis məmurları milli-mədəni fəal Yusuf Sələhşurun müəllimliyi ilə təşkil olunan rəqs kursunun tədris edildiyi idman klubunun qapısını möhürləyib. Klubun sahibi isə İran polisinin təhlükəsizlik bölməsinə çağırılaraq, sorğu-sual edilib» - deyə, mənbə bildirib.
Məmurlar rəqs müəllimi Yusuf Sələhşuru nəzarət altına almaq istəsələr də, onu tapa bilməyiblər.
Məlumatda azərbaycanlı fəalın təşkil etdiyi rəqs kurslarının bundan öncə də bir neçə dəfə bağlandığı bildirilir.
Yusuf Sələhşur 2011-ci il avqustun 28-də y başqa milli-mədəni fəallarla birlikdə Təbrizin Qumtəpə məhəlləsindəki bir evdə Urmiya gölünün quruması ilə bağlı toplantı keçirərkən həbs edilmişdi.
O, a müvəqqəti olaraq zəmanətlə azadlığa buraxılsa da, məhkəmə tərəfindən 4 ay qəti və 20 ay şərti həbsə məhkum olunmuşdu. Y.Sələhşur ötən illərdə məhkum olunduğu dörd ay həbs müddətini Təbrizin mərkəzi zindanında çəkib.