Uçan bina ilə bağlı FHN-nin açıqlaması
25 yanvar 2014 20:18 (UTC +04:00)

Uçan bina ilə bağlı FHN-nin açıqlaması

0
Fövqəladə Hallar Nazirliyi Bakıda sökülməkdə olan binanın uçması ilə bağlı məlumat yayıb.

Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə, Nərimanov rayonunda hazırda yaşayış olmayan, sökülməkdə olan beşmərtəbəli bina uçub. Nazirliyin uyğun xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. OLay yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, bina uçaraq, yaxınlıqdakı avtomobilin üzərinə tökülüb. Nəticədə 1992-ci il təvəllüdlü Bayramlı Cavid Ədalət oğlu və 1988-ci il təvəllüdlü Ələkbərov Asiman Salman oğlu həlak olub.

 

Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüb və binaya yenidən baxış keçiriblər. Əməliyyat saat 17:09-da başa çatıb. Müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2462

Oxşar yazılar